Rabitə, kommunal, cərimə üzrə bildirişləri mobil telefonla necə əldə etməli?

11-11-2015 / 15:42

Məlumat veriyimiz kimi, artıq iOS  əməliyyat sisteminin istifadəçiləri də “Elektron Hökumət” portalından yararlana biləcək. Bu gün Portalın mobil tətbiqi vasitəsilə 18 sosial xidməti sadəcə mobil telefona daxil olmaqla əldə etmək mümkündür. Belə xidmətlərin arasında portal istifadəçilərinin təklifləri üzrə yaradılan "Elektron arayışlar" bölməsi də mövcuddur.

Xeberler.az-ın məlumatına görə, mobil versiyası vasitəsilə e-gov.az istifadəçilərinin daha bir təklifi də reallaşdırıb. Beləki, e-gov.az istifadəçilərinin rabitə, cərimə, kommunal və s. üzrə bildirişlər sistem tərəfindən avtomotik mobil telefona yönləndirilir.

Mobil telefona bu bildirişləri necə yönləndirməli?

 Bunun üçün, "Elektron Hökumət" portalına daxil olaraq "Onlayn ödənişlər" bölməsinə keçid almalı, "Onlayn ödənişlər" bölməsinə daxil olaraq Kommunal, Rabitə, İpoteka, Büdcə bölmələri üzrə istənilən xidməti seçərək həmin xidməti yadda saxlamalı. Daha sonra, portala mobil əlavə vasitəsi ilə daxil olaraq bildirişlər bölməsinə keçməli yadda saxlanan hər bir xidmətin bildirişləri ayrı-ayrılıqda aktiv edilməlidir.

Bundan əlavə, Portalın mobil versiyasının istifadəçiləri isə "Elektron Hökumət" üzrə yeniliklərdən daha tez xəbər tuta biləcəklər. Beləki, portalın "xəbərlər" bölməsinə əlavə edilən hər bir yenilik barədə mobil tətbiq istifadəçisinə sistem tərəfindən avtomatik bildiriş göndəriləcək.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.