Rabitə sahəsində işləmək istəyən tələbələrin nəzərinə

14-11-2016 / 21:26

Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün "Fundamentals of a Windows Server® Infrastructure" adlı təlim keçiriləcək.

Xeberler.az məlumat verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" tərəfindən hazırlanan təlimə artıq qeydiyyat başlayır.

Təlimi bitirənlər "Windows Server 2012" server infrastrukturunun qurulması üçün bütün lazımi bilikləri qazanacaq."Fundamentals of a Windows Server® Infrastructure" təlimində iştirak üçün aylıq ödənişin məbləği 155 AZN-dir.

Təlimlərdə güzəştli qrupların iştirakı da nəzərdə tutulub.

Belə ki, güzəşt qruplarına daxil olan tələbələr, dövlət qulluqçuları və rabitə işçiləri, eləcə də onların övladları bu təlimlərdə aylıq 135 AZN ödəməklə iştirak edə biləcək.

Təlimi uğurla bitirən tələbələr Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı ilə təltif ediləcəklər. Həmçinin, tələbələrin beynəlxalq sertifikat əldə edəcəyinə zəmanət verilir. İştirakçılar sözügedən beynəlxalq imtahanlar üzrə bütün zəruri konsultasiyaları Mərkəzin əməkdaşlarından alacaqlar.

Tədrisə dekabr ayından start veriləcək. Həftədə 2 gün olmaqla 2 ay tədris olunacaq təlimlər Mirzə Abbas Şərifzadə küçəsi 241 ünvanında "Elektron Hökumət Təlim-Tədris Mərkəzi"ndə keçiriləcək.

Daha ətraflı məlumat üçün, telim@mincom.gov.azelektron ünvanı və (012) 505-01-13, (077) 505-01-13 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Dərslərin vaxtı qrup formalaşdırıldıqdan sonra müəyyən ediləcək. Dərslər nəzəri və praktiki hissədən ibarətdir. Dərslər zamanı praktiki məşğələlər Mərkəzin təlim serverləri üzərində həyata keçiriləcək.

Təlim bu sahədə həm dövlət, həm də özəl sektorda uzun illər çalışan peşəkar mütəxəssis tərəfindən keçiriləcək.

Microsoft rəsmi tədris planına uyğun keçiriləcək təlim barədə ətraflı bütün məlumatı buradan öyrənə bilərsiniz.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.