Samuxda ilk dəfə İKT üzrə forum keçirilib

27-06-2015 / 12:35

Samux rayon Heydər Əliyev Mərkəzində İKT və İnformasiya Təhlükəsizliyi üzrə forum keçirilib.

Xeberler.az-ın məlumatına görə, rayonda ilk dəfə təşkil olunan forumda dövlət və özəl təşkilatların nümayədələri, eləcə də fəal gənclər iştirak ediblər.

Forum iştirakçılarına İKT və İnformasiya Texnologiyaları ilə bağlı geniş məlumat verilib. Təşkilatçılar forumun vətəndaşların gündəlik iş fəaliyyətində bəzi problemlərin həllinə yardımçı olacağını bildiriblər.

Tədbirdə qeyd edilib ki, Samuxda müasir texnologiyalardan istifadənin genişləndiyi, rayonda bütün dövlət müəssisələrinin, 20-ə yaxın məktəbin genişzolaqlı İnternet şəbəkəsinə qoşulub. İki gün davam edən forumun sonunda  iştirakçılara sertifikatlar təqdim olunub.

 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə