Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015 / 19:27

Mayın 10-da gənclər üçün biznes yönümlü layihələrdən biri olan "Youth to Business Forum" Nar mobil operatorunun dəstəyi ilə baş tutub. Xəbərlər-ə verilən məlumata görə, tədbir AIESEC Azərbaycan təşkilatı tərərfindən ADA Universitetində həyata keçirilib.

Dünya üzrə 50-dən çox ölkədə keçirilən beynəlxalq layihələrdən biri olaraq, "Youth to Business Forum"-u gəncləri korporativ dünya ilə əlaqələndirməyi hədəfləyir. Forumun əsas məqsədi iştirakçıları kitablardan yiyələnə bilməyəcəkləri biznes sirrləri və uğur hekayələri ilə tanış etməkdir.

Xəbərlər-in aldığı məlumata görə, "Youth to Business Forum"-u 18 təlim və 3 mövzusu ilə 200 Azərbaycanlı gənci bir araya gətirdi. Bu il “Build up to Lead” (Rəhbərlik etmək üçün yaranmış) adlı forumun mövzuları Strateji Marketinq, Biznes İnnovasiyaları və Sahibkarlıq oldu. Forumun təlimçiləri Nigar Arpadarai, Bəhram Qurbanov, Sona Abbasova, Umut Çağatay, Anar Bayramov kimi uğurlu simalar təlimlər keçmiş və öz təcrübələrini iştirakçılar ilə bölüşmüşlər.

Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, Nar operatorunun, GRBS şirkətlər qrupunun, Golden Pay şirkətinin, Paşa Bankın, Yüksək Texnologiyalar Parkının və Azgranata MMC-nin nümayəndələri də iştirak etmişdirlər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə