Previous Next
Bağla

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

14-09-2018 12:31
Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də “Azexport” portalının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, “VialonServis” və “ALbuket.az” saytının nümayəndələri iştirak edib.

Xeberler.az  məlumat verir ki, iclasda Təşkilat Komitəsinin rəhbəri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ardıcıl işlər aparılır. O qeyd edib ki, bu istiqamətdə aparılan işlər Azərbaycan Respublikası Prezidentinin 2014- cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elektron ticarətin inkişafı ilə bağlı hədəflərə əsaslanır.

“24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakı Elektron Ticarət Forumu - “BEF-2018” beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Təşkilat Komitəsi yaradılıb. Ötən dövr ərzində Forumun maraqlı və faydalı keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb. Bakı E-ticarət Forumu ölkəmizdə e-ticarət sahəsində bu miqyasda təşkil olunan ilk beynəlxalq tədbirdir. Hesab edirəm ki, elektron ticarətin inkişafına təkan verəcək” - deyə nazirin birinci müavini bildirib.

Toplantıda Forumda iştirak üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçının qeydiyyatdan keçdiyi, habelə, Forum çərçivəsində bir sıra maraqlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

Daha sonra Təşkilat Komitəsinin üzvü, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov görülmüş işlər, Forumun proqramı, iştirak edəcək xarici qonaqlar, spikerlər, tərəfdaşlar və iştirakçılar barədə geniş məlumat verib.

O, beynəlxalq inkişaf agentliklərinin, özəl sektorun və rəqəmsal platformaların qabaqcıl nümayəndələrini bir araya gətirəcək Forum çərçivəsində təşkil olunacaq tədbirlər sırasında tanınmış beynəlxalq ekspertlər tərəfindən E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə xüsusi sessiyanın (master klas) təşkil olunacağını bildirib.

“Fairmont Bakı” otelində keçiriləcək Bakı E-ticarət Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumlar öz məhsullarını nümayiş etdirəcəklər. Sərgi Forum iştirakçılarına müxtəlif yeniliklərlə tanış olmaq və yeni işgüzar əlaqələr qurmaq imkanı verəcək.

İclas çərçivəsində daha sonra Təşkilat Komitəsinin üzvlərinin sual və təklifləri müzakirə olunub. Təkliflər Təşkilat Komitəsinin gündəliyinə daxil edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19-09-2018

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

24-09-2019

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

20-05-2019

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019

Hökumət elektron ticarət platformalarını inkişaf etdirmək istəyir

14-10-2019

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

BMT-nin e-ticarətlə bağlı qrupuna Azərbaycan sədirlik edəcək

19-04-2018

Şuşada 6-cı ECO biznes forumu keçirilib

02-07-2025

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

2-ci Bakı Elektron Ticarət Forumu (BEF – 2019) davam edir

23-10-2019

Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib

22-10-2025

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə