SimSim abunəçiləri üçün sərfəli internet

28-04-2015 / 17:15

Azercell özünün fakturasız (Sim-Sim) abunəçiləri üçün mobil internetlə bağlı kampaniya elan etdi. Şirkətdən Xəbərlər-ə  verilən məlumata görə, kampaniya çərçivəsində Azercell-dən 4G MiFi and 3G USB modem alan hər bir abunəçiyə 10 GB həcmdə internet hədiyyə olunur. Kampaniya zamanı 3G USB modem  üçün 20 AZN, 4G MiFi üçünsə 80 AZN verilən nömrənin balansına yüklənilir və bunun qarşılığında abunəçiyə 10 GB pulsuz internet təqdim olunur. 

Qeyd edək ki, 10 GB bonusun istifadə müddəti 30 gündür. Lakin bonusun həcmi  30 gündən tez bitərsə, Azercell abunəçisini yenə də internetsiz qoymur. Belə ki, 10 GB  vaxtından tez bitərsə, abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər. Bu zaman sadəcə internetin sürəti azalır. Əgər kampaniya zamanı verilən bonus bir ay ərzində tam istifadə olunmazsa, həcm qalığı növbəti aya keçirilmir.

Qeyd edək ki, kampaniya yalnız fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulur. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə