Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

16-10-2009 / 15:48

Oktyabr ayının 15-də Avropa Şurasının Yerli və Regional Konqresinin XI plenar iclası çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən buraxılmış iki markanın təqdimatı keçirilib. İclasda təqdim olunan markalar Avropa Şurasının 60 illiyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin 50 illiyinə həsr olunub.

Təqdimat mərasimində Azərmarka şirkətinin prezidenti İntiqam Bağırlı iştirak edib.
Ötən ilin may ayında poçt dövriyyəsinə buraxılmış markaların hər birin nominal dəyəri 60 qəpik, tirajı isə 100 min ədəddir.

Xatırladaq ki, bundan əvvəl Avropa Şurasının 50 illiyi münasibətilə Azərmarka tərəfindən bu hadisəyə həsr olunmuş poçt markası təqdim olunmuşdur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.