Sumqayıtda gənclər üçün İKT təlimlər keçirilir

26-12-2016 / 13:07

Sumqayıtda USTA gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində sosial Mühəndislik  və veb 2.0 texnologiyalarının gənclərin peşə bacarıqlarının artırılmasında rolu barədə növbəti təlim keçirilib.  

 Xeberler.az-ın məlumatına görə, sosial servislər və veb 2.0 texnologiyalar ekspert/mütəxəssis Ramil Süleymanov tərəfindən aparılan təlim gənclərin maraqlarına uyğun olaraq interaktiv şəraitdə təşkil olunub.

Təlim zamanı simulyasiyalardan, qrup işlərindən istifadə olunub.

Qeyd edək ki, layihə çərçivəsində “İKT texnologiyaları”, “Bloqçuluq”, “Şəbəkə çəkilişi və dizayn – proqramlaşdırma” peşələri istiqamətində də təlimlər təşkil olunacaq. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.