Previous Next
Bağla

Nar fiziki məhdudiyyətli şəxslər üçün layihəyə başlayıb-Foto

24-10-2016 16:25
Nar fiziki məhdudiyyətli şəxslər üçün layihəyə başlayıb-Foto

Nar fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə daha bir sosial layihəyə start verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “Təlim məktəbi” layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının uğurla davam etdirilməsidir.

Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq “Təlim məktəbi” layihəsinin ən vacib məqsəd və hədəflərindəndir.

Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək.

Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin peşə potensiallarını qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın artırılmasında onlara yardım edəcəkdir.

“Təlim məktəbi” layihəsinin geniş ictimaiyyətə təqdimatı ilə əlaqədar olaraq təşkil edilmiş mətbuat konfransında çıxış edən “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı və sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə qeyd etdi.    

Azerfon MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov isə, öz növbəsində, layihədən bəhs edərkən çoxşaxəli Nar korporativ sosial məsuliyyət (KSM) strategiyasından danışdı.

“İnanıram ki, bu təlimlər, müxtəlif peşə sahibləri olacaq gənclər üçün həvəsləndirici motivasiya olacaq və onların gələcəkdə işlə təmin edilmələrinə xidmət edəcəkdir. Onu da qeyd edim ki, Nar fiziki məhdudiyyətli şəxsləri işlə təmin edərək Azərbaycanın biznes mühitində belə bir nümunəni artıq göstərmişdir. Nitq və eşitmə imkanları məhdud olan şəxslərə dəstək istiqamətində atılmış növbəti uğurlu addım olan “Təlim məktəbi” layihəsi bizi son dərəcə fərəhləndirir və biz gələcəkdə də bənzər layihələrə dəstək verməyə davam edəcəyik”, - deyə Əziz Axundov jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi.  

Artıq üç ildir ki, Nar nitq və eşitmə imkanları məhdud olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. “Təlim məktəbi” layihəsi bu xeyirxah ənənənin davamı olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə və sosial həyata inteqrasiyası nöqteyi-nəzərdən son dərəcə əhəmiyyətlidir.

Nar KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. 

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nar-ın “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

Nar-ın “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

19-01-2017
Nar rabitə cihazları ilə bağlı növbəti kurslara başladı

Nar rabitə cihazları ilə bağlı növbəti kurslara başladı

02-02-2017
Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018
Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

30-04-2019
Nar eşitmə məhdudiyyətli insanlara dəstək olur

Nar eşitmə məhdudiyyətli insanlara dəstək olur

31-05-2019
Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

25-06-2019
Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019
Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018
Nar-ın Təlim Məktəbi layihəsi başa çatıb

Nar-ın Təlim Məktəbi layihəsi başa çatıb

26-07-2019
“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

28-06-2022
Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018
Nar-ın dəstəyi ilə kompüter təmiri üzrə təlimlər başlayıb

Nar-ın dəstəyi ilə kompüter təmiri üzrə təlimlər başlayıb

06-12-2016
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020
“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

18-01-2023
Nar-dan fiziki məhdudiyyətli gənclər üçün  layihə

Nar-dan fiziki məhdudiyyətli gənclər üçün layihə

01-08-2017
"Nar"ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

"Nar"ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

18-10-2022
“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023
“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                      

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025
“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023
 Nar daha bir layihəyə dəstək oldu

Nar daha bir layihəyə dəstək oldu

29-01-2016
Nar-ın sosial layihələri bu il də davam edəcək

Nar-ın sosial layihələri bu il də davam edəcək

21-02-2019
“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023
Nar-ın dəstəyi ilə keçirilən layihənin ilk mərhələsi başa çatıb

Nar-ın dəstəyi ilə keçirilən layihənin ilk mərhələsi başa çatıb

17-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə