TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

28-12-2010 / 18:11

Türkiyənin dövlət telekanalı olan və Azərbaycanda yayımlanan yeganə xarici telekanal – TRT Dağlıq Qarabağ probleminə daha çox diqqət ayırmaq qərarına gəlib, - “1nyus” xəbər verir.

Azərbaycanda TRT-nin yeni nümayəndəsi Yuksel Deyercan bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və strateji həmkarlardır. Onun sözlərinə görə, bundan sonra da TRT iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün səylər göstərəcək.
“Bundan başqa, bizim bir ümumi problemimiz olan – Dağlıq Qarabağ problemimiz var və TRT bu mövzuya daha çox diqqət ayırmaq niyyətindədir”, - deyə TRT nümayəndəsi bildirib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.