Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

28-06-2016 / 11:13

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Bakının sakinləri və qonaqlarına idman avtomobillərində şəhər daxilində səyahət etmək təcrübəsini təqdim edəcək.

Xeberler.az-ın məlumatına görə, bu ilin iyulun 2-də saat 12:00-dan 18:00-dək Uber şirkəti Audi R8 və ya Maserati GT sportkarlarını şəxsi sürücü ilə istifadəçilərin qapısına göndərəcək.

Bununla da istifadəçilər sözügedən unikal idman avtomobillərinin birində şəhərdə tam pulsuz gəzmək imkanı əldə edəcək.

Sportkarla pulsuz gəzmək  üçün Uber tətbiqini mobil telefona yükləmək (AppStore, Google Play və Windows Market-də mövcuddur), BAKUSUPERCARS promokodu daxil etmək və tətbiqin “Promokpdlar” bölməsində “SuperCar” opsiyasını seçərək sifariş etmək lazımdır.

Sifarişdən sonra sürücülər sifariş zamanı qeyd olunan ünvana gələcək.

#BakuSUPERCARS-da iştirak etmək istəyənlərin sayının çox olmasını nəzərə alaraq Uber bir qədər səbr edib və bir daha sifariş verməyi xahiş edir. Super avtomobil sizi qeyd etdiyiniz ünvandan götürəcək, 15 dəqiqə ərzində şəhər daxilində gəzdirəcək və geri qaytaracaq.

Qeyd edək ki,  avtomobillər şəhərdə bir ünvandan digər ünvana getmək üçün nəzərdə tutulmayıb – bunun üçün uberX-dən yararlanmaq olar. Superkar bir sərnişin götürə bilər, çünki avtomobillərin ümumi sərnişin tutumu iki nəfərlikdir.

 İstifadəçilər #BakuSUPERCARS təəssüratları ilə #BakuSUPERCARS həştəqi ilə Twitter, Instagram və ya Facebook-da dostları ilə paylaşaraq sosial şəbəkələrdə foto və video ilə bölüşə bilər.

 Uber şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına uberX kütləvi seqment üçün xidmət mövcuddur. Tariflər barədə ətraflı burada.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.