Uber tətbiqi tamamilə yeniləndi-Video

03-11-2016 / 13:36

Yeddi il öncə tətbiq San-Fransiskoda istifadəyə veriləndə Uber insanlara yalnız smartfonun ekranına toxunaraq avtomobil sifariş etmək imkanını təqdim etdi.

Zaman keçdikcə tətbiq və Uber-in ideyası inkişaf edərək istifadəçilərin tələblərinə maksimal dərəcədə uyğunlaşdırılıb. Geniş kütlə üçün nəzərdə tutulmuş uberX xidmətindən sonra yüksək komfortlu UberSELECT xidməti Bakı istifadəçilərinə təqdim olundu.

2012-ci ildə sonuncu yenilənmədən sonra tətbiq istifadədə bir qədər mürəkkəbləşdi.

Hazırkı yenilik estetika, tətbiq vasitəsi ilə avtomobil sifarişi ideyasını və istifadəçilər tərəfindən avtomobilseçmə imkanını saxlamaqla yanaşı avtomobil sifarişini daha tez ve effektiv edəcək. 

Xeberler.az-ın məlumatına görə, tətbiqin yenilənməsi istifadəçilərin ehtiyacları üzərində qurulub. Əsas olan səyahətin məqsədidir.

İstifadəçilər Uber vasitəsi ilə avtomobili məhz ona görə sifariş edirlər ki, müəyyən məkana getsinlər. Bu səbəbdən ilk öncə Uber sifarişinin ən birinci mərhələsi təyinat yerinin seçimi olacaq.

Yeniliklər istifadəçilərin vərdişləri əsaslı surətdə araşdırıldıqdan sonra edilib. Əgər istifadəçi tez-tez avtomobil sifariş edirsə ona daha çox istifadə etdiyi istiqamətlər təklif olunacaq – əlavələr. Bu isə yalnız bir düyməni basaraq səfərə çıxmaq mümkün olması deməkdir.

 Bundan başqa, yaxın zamanlarda Uber sistemini təqvim ilə birləşdirmək mümkün olacaq. İstifadəçi tətbiqi açdığı zaman bütün görüşlər avtomatik şəkildə “Populyar istiqamətlər” kimi yüklənəcək. Bu, istifadəçiləri Uber-i sonradan sifariş etmək üçün İnternet və başqa tətbiqlərdə vacib görüşlərin ünvanlarını axtarmaq ehtiyacından azad edəcək.

Mütəmadi olaraq istifadəçilər avtomobili dostlarla görüşmək üçün sifariş edir. Bu isə səyahətin təyinat məkanı müəyyən ünvan deyil, insan olduğu deməkdir. Lakin insanın konkret harada olduğunu anlamaq xeyli vaxt apara bilər.

Yaxın zamanda Uber təyinat məkanı kimi ünvanı deyil, konkret insanı seçmək imkanını bəxş edəcək. Bu seçimin işləməsi üçün telefonun ünvan kitabçasını tətbiq ilə sinxronlaşdırmaq və “Təyinat məkanı” bölməsində ünvan deyil, insanın adını yazmaq lazım olacaq.

 İstifadəçi istiqaməti seçdikdən sonra tətbiq səyahətin detallarını göstərməyi xahiş edəcək. Əgər istifadəçi vacib görüşə gedirsə və bu görüşə hazırlaşmaq istəyirsə o, uberX sifariş edə bilər. Lakin istifadəçi xüsusi tədbirə getdiyi və yüksək səviyyəli xidmət istədiyi təqdirdə UberSELECT-in xidmətlərindən yararlanmaq olar.

Yeni tətbiq ilə gediş qiymətlərini başa düşmək dəfələrlə asanlaşır: qiymət əvvəlcədən məlumdur və lazımlı seçimin bilavasitə qarşısında göstərilib. uberX üçün tətbiq təxmini gəliş vaxtını göstərəcək. Beləliklə, istifadəçi səyahətin detalları haqda ətraflı məlumata sahib olacaq və qiymət ilə səyahət etdiyi yolun məsafəsini nəzərə alaraq əlverişli seçim edə biləcək.

Bundan başqa, yeni tətbiq istifadəçiyə gediş haqqını yol yoldaşı ilə bölmək və online şəkildə onun səyahətini izləyənməsi üçün səyahət marşrutunun detallarını dost və qohumlarla paylaşmağa imkanı yaradacaq.

Artıq bu gündən etibarən yeniliklərdən istifadə etmək mümkündür. Yaxın bir neçə həftə ərzində tətbiq bütün iOS və Android istifadəçiləri üçün yenilənəcək. Daha ətraflı burada.

Yeni tətbiqin təlimat videosu:

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.