Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016 / 10:23

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti və qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard Bakıda birgə aksiya keçirir.

Xeberler.az-ın məlumatına görə, qeyd olunan aksiya çərçivəsində hər bir yeni Uber istifadəçisi hərəsi 10 AZN-dək olan iki ödənişsiz səyahət imkanı əldə edir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona Uber əlavəsini yükləmək (AppStore, Google Play və Windows Market-də yükləmək mümkündür), qeydiyyatdan keçmək, Mastercard kart vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində MasterCardBaku promokodunu daxil edib lazımi ünvana sifariş vermək gərəkdir.

Beləliklə, hər bir yeni istifadəçi isti yay mövsümündə komfortlu avtomobildə tam ödənişsiz səyahət etmək şansı əldə edir. Bu ilin sentyabrın 30-dək keçiriləcək aksiyada Uber-də yalnız Mastercard kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər. Hər bir yeni istifadəçiyə hərəsinin dəyəri 10 AZN-dək olan ilk iki səyahət tam pulsuz təqdim olunur.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.