Windows 7-ni nə qədər gözləyəcəyik?

06-04-2009 / 16:50

Windows 7`nin server versiyası bu il çıxacaq. Bu barədə Windows Server`in başçısı Bill Leynq bildirib. Buna istinadən bildirmək olar ki əməliyyat sisteminin desktop versiyası da bu il çıxacaq.

Microsoft nümayəndəsi yalnız Server 2008 R2 barədə söz açsa da artıq adət olunub ki, ƏS-in server versiyası stolüstü versiyalardan sonra çıxır və eyni koda əsaslanır.

Bu ilin yanvar ayında Microsoft serverlər üçün ƏS`nin beta versiyasını istifadəyə vermişdi. Leynq bu yaxınlarda bir qədər də təkmilləşdirilmiş versiyanın hazır olacağını bildirsə də dəqiq vaxt söyləməyib.

 Stolüstü kompüterlər üçün Windows 7 hazırlayanlar isə hələ elan verməyə tələsmirlər. Microsoftun daha əvvəllər verdiyi məlumata görə əməliyyat sistemi təxminən gələn ilin yanvar ayında hazır olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə