Yenilənmiş CavanNar-dan ikiqat internet əldə etmək şansı

14-03-2019 / 16:58

Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” yenilənmiş “CavanNar” tarifini təqdim edir.

Xeberler.az bildirir ki, artıq bundan sonra “CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək. Yenilənmiş “CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. “CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB
sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər. Qeyd edək ki, “CavanNar” Azərbaycan mobil rabitə bazarında ən sərfəli internet paketi sayılır.

“CavanNar 9”-a qoşulmaq üçün “C9” yazıb 777-yə göndərmək və ya 777#9#YES yığmaq lazımdır. “CavanNar 6”-ya qoşulmaq üçün isə “C6” yazıb 777-yə göndərmək və ya 777#6#YES yığmaq kifayətdir. 

Qeyd edək ki, “CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölgə “Nar”-ın 4G şəbəkəsi ilə təmin edilib. “CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.