Nar-dan 40 qəpiyə bütün istiqamətlərə 20 dəqiqə

04-05-2018 / 10:40

Nar yeni “Əlavə dəqiqələr” paketini təqdim edib.

Xeberler.az bildirir ki, təklif sayəsində artıq cəmi 40 qəpiyə günlük 20 şəbəkəxarici dəqiqə əldə etmək mümkündür.

Bu paketlə 1 dəqiqəsi 2 qəpik olmaqla şəbəkəxarici zəng etmək olar. Paket gün ərzində istənilən sayda sifariş edilə bilər. “Əlavə dəqiqələr” paketinə qoşulmaq üçün 40 yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#40#YES şifrəsini yığmaq lazımdır.

“Əlavə dəqiqələr” haqqında məlumat əldə etmək üçün *777#20#YES şifrəsini yığmaq və ya “I” yazıb 777-yə göndərmək, avtomatik aktivləşməni dayandırmaq üçün isə *777#740#YES yığmaq və ya “STOP40” yazıb 777 nömrəsinə göndərmək lazımdır.

Nar sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir.

Gücləndirilmiş Nar şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan Nar abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür. Hazırda mobil operatorun şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Nar tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.  

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə