Kanadadan Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat

10-01-2011

Kanadanın dünyanın ən dərəcəli və iri fotobanklarından biri olan “iStockphoto” internet-resursu Azərbaycan xəritəsini təhrif edib. Fotobank səhifələrindən birində yerləşdirdiyi üzərində üç rəngli bayrağımızın təsviri olan Azərbaycan xəritəsində Naxçıvan Muxtar Respublikasını ixtisar edib.

AÇIQLAMA

10-01-2011

Bu gün səhər saaatlarında yayılan bir xəbər böyük ajiotaja səbəb olub. Weekly World News portalının yazdığı xəbərə görə, martın 15-də Facebook social şəbəkəsi bağlanacaq. Facebookun bağlanma xəbərini Azərbaycan-dilli portalların əksəriyyəti yayımlayıb. İlk yayımlayan isə saat 15.14-də XEBERLER.AZ portalı olub. Bu xəbərin həqiqəti əks etdirmədiyi, Weekly World News-un sarı mətbuat olduğu haqda ətraflı məlumat saat 15.42-də yəni bu xəbərdən 28 dəqiqə portalımızda olub.


Sarı mətbuatın orqanı- Weekly World News

09-01-2011

\"Weekly World News\" əksər hallarda şayiə və \"qəribə, şok\" xəbərlər dərc edən qəzet kimi tanınırdı. 1979-cu ildə yaradılmış bu qəzet 2007-ci ilədək sırf \"sarı\" tabloid formatında olub və əsasın ABŞ-dakı supermarketlərdə satılıb. Qəzetin sevimli mövzuları \"yarı insan, yarı yarasa adamlar\", \"yadplanetlilərlə görüş\"lər, \"ölümündən sonra dirilmiş Elvis Presli\" ilə müsahibələr, habelə ABŞ-ın banilərinin \"homoseksuallığı\" barədə \"araşdırma\"lar idi. Son illərdə cəmi 80 min tirajla satılan qəzet bağlanandan sonra onun internetdə saytı qalıb.

Facebook martın 15-də bağlanır

09-01-2011

Facebook martın 15-də fəaliyyətini dayandırır! Mark Tsukerbergin bu açıqlaması hamını şoka saldı!XEBERLER.AZ-ın Weekly News qəzetinə istinadən xəbər verir ki, istifadəçi sayına görə (540.000.000) dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook martın 15-də rəsmi olaraq fəaliyyətini dayandıracaq.Bu barədə açıqlama verən sayt yaradıcısı Mark Tsukerberq artıq şəbəkənin idarəolunmaz olduğunu söyləyib.Öz ofisində keçirdiyi mətbuat konfransında sayt yaradıcısı


Facebook qiymətli kağızlar bazarına çıxacaq

09-01-2011

Belə ki, sosial internet şəbəkəsi 2009-cu ilin ortalarında ekspertlər tərəfindən 10 milyarddan 50 milyard dollara kimi qiymətləndirilirdi. 2010-cu ilin isə ancaq 3 rübündə dünyanın ən gənc zəngini tərəfindən yaradılan \"Facebook”un gəliri 1,2 milyard dollar, təmiz gəliri isə 355 milyon dollar təşkil edib. \"The Wall Street Journal”ın yazdığına görə, bütün bunlar şəbəkə yaradıcısı və onun ətarfında olanları açıq səhmdar cəmiyyət yaratmağa şirnikləndirir.

Poçt şöbələrində "ödəmə kartı" yoxdur

08-01-2011

Paytaxtın poçt şöbələrində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaq imtananları üçün nəzərdə tutulan "ödəmə kartı" yoxdur. Bu barədə bir qrup valideyn dünən TQDK-nın qarşısında keçirdiyini aksiyada bildirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə öz açıqlamasında bildirib ki, yanvarın 23-də keçiriləcək sınaq imtahanlarında iştirak üçün 31 min yer ayrılıb. Bunun 20 mini təkcə Bakı, 11 mini isə Naxçıvan, Sumqayıt


“Ən güclü” smartfona stansiya qoşanda noutbuka çevrilir

08-01-2011

16,7 milyon rəng təsvir etmək imkanına malik sensor ekranlı smartfon da yaradılıb ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “CES 2011” sərgisində “Motorola Mobility” şirkəti ATRIX smartfonunu təqdim edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ istehsalçısı yeni qurğunu “dünyanın ən güclü smartfonu” adlandırır. ATRIX 1 qiqahers tezlikli

Facebookun müsbəti və mənfisi

08-01-2011

İnternet yalnız azad və sərbəst bir məkan deyil, onun vasitəsilə siyasətçilər rəqiblərini izləyir, ictimai fikirə təsir edir. Bununla bağlı bir qrup ekspert araşdırma aparıb. Həmin araşdırma ilə bağlı «The Sunday Times» qəzetində dərc edilən materialda qeyd olunur ki, Facebook və Twitter kimi sosial şəbəkələr heç bir senzura olmadan maraqlı dairələrin öz istəklərinə çatmasına imkan yaradır. Ekspertlər belə bir misal də gətirirlər ki, 2009-cu ildə İranda prezident seçkilərindən sonra etiraz kampaniyası


Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Yaxın aylarda Azərbaycandakı vergi ödəyiciləri fəaliyyətlərini dayandırıb-bərpa etmələri barədə vergi orqanlarını İnternet vasitəsilə xəbərdar edə biləcəklər.

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

Düzünü desəm mənim özümdə sosial şəbəkələrdən çox geniş istifadə edən birisiyəm. Əsasəndə facebook və twitterdən çox geniş istifadə edirəm. Amma bununla da qalmayaraq mən anlayıram ki, bu şəbəkələr insanda xəstəlik yaradır. Sözün hə qiqi mənasında. Mən artıq bu xəstəliyə yoluxmuşam desəm yalan olmaz. Demək olarki bütün günüm sosial şəbəkələrdə, əsasəndə müzakirələrdə keçir. Artıq unutmuşamda ki, universitet tələbəsiyəm və qarşıdan qış semestri imtahanları gəlir . Hər dəfə özüm-özümə söz verirəm ki, artıq qurtardı. Daha internetə girməyəcəm, ancaq və ancaq dərslərlə məşqul olacam.


Fövqəladə hallarda mobil rabitənin əhəmiyyəti - Araşdırma

07-01-2011

2007-ci il Dneprepetrovskda qaz sızmasından 20 mərtəbəli bina partladı.

comScore populyar saytların reytinq cədvəlini tərtib edib

07-01-2011

comScore analitik şirkəti internet istifadəçilər arasında populyar olan saytların reytinq cədvəlini tərtib edib.


Azərbaycana qarşı növbəti təxribat

06-01-2011

Məşhur timegenie.com saytında Azərbaycanla bağlı kobud saxtakarlığa yol verilib. Dünyanın müxtəlif nöqtələri haqda ən geniş məlumatların yer aldığı saytlardan olan bu resursda Dağlıq Qarabağ "müstəqil dövlət" kimi göstərilib. Saytda qondarma «DQR» Azərbaycan, Tacikistan, Rusiya və digərlərilə yanaşı, «Avrasiyanın müstəqil dövlətləri»ndən biri kimi təqdim olunur. Timegenie.com saytında ərazi bütövlüyümüzün təhrif edilməsindən

Ödəmə kartları satışda

06-01-2011

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.


“Azərbaycanda 9,1 milyon mobil abunəçi var”

06-01-2011

2010-cu il informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektoru üçün uğurlu il olub. XEBERLER.AZ-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilkin nəticələrə görə, ötən il ərzində bu sahədə əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3% artaraq 1158,9 milyon manata çatıb. 2010-cu ildə rabitə və informasiya

Azərbaycanda neçə bələdiyyənin internet saytı var

06-01-2011

Ötən il Azərbaycanda internet resursu hazırlayan bələdiyyələrin sayı 42-yə çatıb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən verilən məlumata görə, bunların 2-si yerli orqanların öz vəsaitləri hesabına, 5-i isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir. Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb


Azərbaycan Facebookda Ermənistanı qabaqladı

05-01-2011

Bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq

Avtomat müəllimə

05-01-2011

Cənubi Koreyada 30-a yaxın yumurtaşəkilli robotlar orta məktəbdə ingilis dili dərsini tədris edirlər.Koreyanın Elm və Texnologiya Institutu tərəfindən hazırlanan “Engkey” adlı robotlarda xüsusi monitor vasitəsilə avtomat müəllimənin üzünü izləmək mümkündür.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə