Ilk internet virusu 25 yaşındadır

05-11-2013 / 15:55
2 noyabr 1988-ci ildə dünya ilk dəfə internetdə virusun olması haqqında eşidib.
 
Xəbərlər-in verdiyi məlumata görə, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən Morris adlı virus yaranıb. Virus Unix sistemli kompüterlərin proqramlarının boşluqlarından istifadə edərək, eləcə də mini-lüğətdən istifadəçi parollarını seçərək yoluxdurub.    
 
Sonradan məlum olum olub ki, virusun müəllifi Kornell Universitetinin aspirantı Robert Morrisdir. O, ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışan atasının təkidi ilə etdiyi əməli etiraf edib. İlkin qiymətləndirməyə görə, virus 96,5 milyon dəyərində ziyan vurub, lakin buna baxmayaraq aspirant şərti cəza və kiçik məbləğdə cərimə ilə canını qurtara bilib.
 
R.Morris kodda kiçik səhvə yol verərək proqramın öz-özünün dəfələrlə surətini çıxarmasına səbəb olmaqla yoluxmuş kompüterin resurslarından tam istifadə edib.
 
Hazırda R.Morris Massaçusets Texnoloji İnstitutunun professorudur. Proqramın çıxış kodunun disketi Boston elmi muzeyində saxlanılır.   
 
Qeyd etmək lazımdır ki, məhz ABŞ aliminin virusu sayəsində insanlar informasiya təhlükəsizliyi barəsində ciddi düşünməyə başlayıb, çoxmilyardlı antivirus proqramları bazarı təşəkkül tapıb.
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə