Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

28-10-2026 11:57
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Türkiyənin Dokuz Eylül Universitetinin Kompüter Elmləri Departamentinin professoru Əfəndi Nəsib Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Qeyri-səlis reqressiya üçün müxtəlif modelləşdirmə yanaşmaları” mövzusunda məruzə ilə çıxış edib.

Xeberler.az məlumat verir ki, professor Əfəndi Nəsib məruzəsində müasir süni intellekt modellərinin izah olunması məsələləri və bu problemin həllində izah edilə bilən süni intellekt (Explainable AI, XAI) yanaşmalarının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, süni neyron şəbəkələri və dərin öyrənmə texnologiyalarına əsaslanan modellər “qara qutu” xarakteri daşıdığından onların davranışını başa düşmək çətinləşir. Alim bu kontekstdə insan təfəkkürünü və davranışını modelləşdirməyə daha uyğun olan qeyri-səlis məntiqin imkanlarını diqqətə çatdırıb. Qeyri-səlis reqressiya modellərinin xüsusiyyətlərindən bəhs edən məruzəçi bildirib ki, asılı dəyişən, müstəqil dəyişənlər və ya reqressiya funksiyasının əmsalları qeyri-səlis qiymətlər aldıqda, belə modellər qeyri-səlis reqressiya modelləri hesab olunur.

Professor Əfəndi Nəsib qeyri-səlis məlumatların idarə olunması, böyükhəcmli məlumatlarla işləmə və qaydalar bazası kimi meyarlar üzrə müqayisəli analiz aparıb. Həmçinin ənənəvi yanaşmalarla yeni metodların xüsusiyyətlərini nəzərdən keçirib. Alim çıxışının sonunda tətbiqi tədqiqatlar aparan mütəxəssislərə dəstək məqsədilə təklif olunan yeni yanaşmalar üzrə proqram paketlərinin işlənib hazırlanmasının vacibliyini də vurğulayıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev süni intellekt modellərinin izah olunması və etibarlılığının artırılması istiqamətində tədqiqatların müasir dövrdə böyük önəm kəsb edən aktual məsələlərdən olduğunu qeyd edib.

Süni intellektin “qara qutu” problemlərindən bəhs edən alim bu problemlərin kibertəhlükəsizlik baxımından da xüsusi diqqət tələb etdiyini bildirib. İnstitutun baş direktoru xüsusilə kritik sənaye infrastrukturlarında süni intellektin yaratdığı risklərin qiymətləndirilməsinin, bu nəticələrin doğruluğu və etibarlılığının təmin edilməsinin vacibliyinə diqqət çəkib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016
Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün sistem təqdim olunub

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün sistem təqdim olunub

01-10-2026
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025
Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

13-12-2025
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024
NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021
Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017
Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025
“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017
“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025
E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

30-10-2025
“Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda konfrans keçirilib

“Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda konfrans keçirilib

25-06-2026
Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
Süni intellektin inkişafına dair məruzə dinlənilib

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025
Kredit kartı fırıldaqçılığının aşkarlanmasında təlimsiz öyrənmə modelləri

Kredit kartı fırıldaqçılığının aşkarlanmasında təlimsiz öyrənmə modelləri

12-11-2025
Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə