Previous Next
Bağla

Süni intellekt və dataəsaslı dövlət idarəçiliyinin imkanları müzakirə olunub

23-10-2026 18:09
Süni intellekt və dataəsaslı dövlət idarəçiliyinin imkanları müzakirə olunub

Xankəndi şəhərində keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində “Süni intellekt və dataəsaslı dövlət idarəçiliyi: İmkanlar, risklər və gələcək” mövzusunda panel sessiya keçirilib.

Xeberler.az məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun moderatorluğu ilə keçirilən panel sessiyada Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Mihai Qabriel Çiobanu, ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova, Yunanıstanın Elektron Milli Sosial Sığorta Fondunun direktoru Alexandros Varveris, Lüksemburq Böyük Hersoqluğunun Milli Məlumat Xidmətinin mütəxəssisi Nicat Hacıxanov çıxış ediblər.

Panel iştirakçıları təmsil etdikləri qurumların təcrübəsini bölüşərək dövlət idarəçiliyində rəqəmsal həllərin və süni intellektin tətbiqi, xidmətlərin əlçatanlığının artırılması, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məsələlərinə toxunublar.

Çıxışlarda yeni rəqəmsal sistemlərin hazırlanması zamanı onların sadə və istifadəçilər üçün əlçatan olmasının vacibliyi vurğulanıb. Bildirilib ki, süni intellekt tətbiq edilməzdən əvvəl həll olunacaq problemin dəqiq müəyyənləşdirilməsi, iş proseslərinin düzgün qurulması və müvafiq standartların formalaşdırılması zəruridir.

Qeyd olunub ki, dövlət xidmətlərinin qiymətləndirilməsində vətəndaş məmnunluğu, nəticələrin dəqiqliyi və ədalətliliyi, eləcə də xidmətlərin əlçatanlığı və onlara etimad əsas meyarlar olmalıdır. Süni intellektin müraciətlərin cavablandırılmasında, daha mürəkkəb məsələlərin aidiyyəti əməkdaşlara yönləndirilməsində və xidmət proseslərindəki səhvlərin vaxtında aşkarlanmasında tətbiqinin işin səmərəliliyini artıra biləcəyi diqqətə çatdırılıb.

Müzakirələrdə, həmçinin qanunvericilikdəki dəyişikliklərin nəzərə alınması, xidmətlərin düzgünlüyünə nəzarət və vətəndaşların hüquqlarının qorunması məsələlərinin əhəmiyyəti vurğulanıb. İştirakçılar rəqəmsal transformasiyanın əsas məqsədinin yalnız texnologiyaların tətbiqi deyil, dövlət xidmətlərinin vətəndaşlar üçün daha sadə, sürətli və etibarlı şəkildə təşkil edilməsi olduğunu qeyd ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 "SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

02-10-2026
Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
"SOCGOV 2026" çərçivəsində Yekun Bəyanat qəbul olunub

"SOCGOV 2026" çərçivəsində Yekun Bəyanat qəbul olunub

23-10-2026
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

08-11-2019
DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021
“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

12-10-2026
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

09-06-2026
DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026
“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025
Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

18-06-2026
DOST Agentliyi beynəlxalq əməkdaşlığı genişləndirir

DOST Agentliyi beynəlxalq əməkdaşlığı genişləndirir

02-07-2026
Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024
Uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

09-07-2026
DSMF, DOST və SXA BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib

DSMF, DOST və SXA BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinə üzv seçilib

04-10-2025
Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019
Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

24-10-2025
“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025
Dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfrans keçiriləcək

Dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfrans keçiriləcək

20-10-2026
Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə