Previous Next
Bağla

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

06-11-2026 16:11
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş “Uğur qızlarımızındır” təşəbbüsünü davam etdirir. Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.

Görüşdə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak ediblər. Müzakirələrdə texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin rəqəmsal inkişafına töhfəsi vurğulanıb.

Tələbələrin xüsusi maraq göstərdiyi süni intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, süni intellekt Azercell-in rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin yaxşılaşdırılması, şəbəkənin daha səmərəli idarə olunması, kibertəhlükəsizliyin gücləndirilməsi və daxili proseslərin optimallaşdırılması üzrə tətbiqini genişləndirir. Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən Azercell ölkədə ilk Telekom CERT komandasını yaradıb.

Komanda kibertəhdidlərin aşkarlanması və insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.

Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib.

Yeni nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi Azercell-in sosial strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təhsilə, gənclərin inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell İT-də ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik edib

Azercell İT-də ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik edib

29-09-2025
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

21-07-2026
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026
Azercell Amazon ilə tərəfdaşlıq qurur

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

30-10-2026
Uğurlu karyeraya Azercell-lə addımla!

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07-10-2026
Azercell əmək sərgisində iştirak etdi

Azercell əmək sərgisində iştirak etdi

26-03-2019
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

23-07-2026
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

08-07-2026
Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018
Azercell “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün inkişaf proqramı həyata keçirib

Azercell “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün inkişaf proqramı həyata keçirib

01-07-2026
Azercell tələbələrə dəstək olub

Azercell tələbələrə dəstək olub

16-10-2017
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib

Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib

31-08-2026
Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019
“Azercell” ilə - “KARYERADA İLK ADDIM"INI AT

“Azercell” ilə - “KARYERADA İLK ADDIM"INI AT

30-11-2019
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi

Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi

07-09-2026
Azercell növbəti karyera yarmarkasında

Azercell növbəti karyera yarmarkasında

04-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə