Fujifilm yeni SecureDigital kartları təqdim edib. SD, SDHC, MicroSD və MicroSD kartları göy, qırmızı, tünd qırmızı və narıncı rənglərdə olacaq.
Dell yeni böyükekranlı monitorların buraxılışı haqda elan verdi. Bunlar 17 düymlük S1709W və 19 düymlük S1909WX monitorlarıdır. Hər iki qurğu 1440 x 900 pikseldir, gözləmə rejimində 2 Vt-dan az enerji sərf edir, D-Sub portlarına malikdir.
Apple şirkətinin səhmlərinin qiyməti bu həftə son ilin göstəricilərinə görə ən aşağı qiymətə düşüb. Kağızların dəyəri əvvəlkilərlə 100 dollar fərq edir. Keçən il ərzində Apple səhmlərinin qiymətinə personal kompüterlər və iPod pleyerləri yaxşı təsir göstərirdi.
Associated Press xəbər verir ki, Microsoft şirkəti Norveçdə proqram texnologiyalarının işi ilə məşğul olan böyük tədqiqat mərkəzi açır. Mərkəz Fast Search & Transfer ASA (FAST) Norveç firmalarının bazası əsasında yaradılacaq.
İnternet vasitəsilə satılan Nixon Cool Pix kamerası böyük bir qalmaqal yaratdı.Belə ki, 28 yaşlı biri kameranı çox ucuz qiymətə alıb.Lakin maraqlısı odur ki, kamerada Mİ6 kəşfiyyat xidmətinə aid gizli məlumatmar var imiş.
Görəsən 2 inçlik bir LCD ekran neçə piksel ola bilər?Casio 2 inç ekranı olan yeni TFT LCD texnologiyası hələ uzun müddət müzakirə mövzusu olacaq.
Verizon pres-relizində xəbər verilir ki, Trans-Pacific Express kabelinin çəkilişi başa çatıb. Yol Sakit okean boyunca salınıb və bu dövlətlər arasında ilk düz magistraldır. Kabelin uzunluğu 18 km, layihənin qiyməti yarım milyard dollardır. Xətdəki maksimal ötürülmə saniyədə 6 terabitdir.
“Adobe”-nin mobil telefonlar üçün yaratdığı Photoshop növbəti inkişaf mərhələsinə çatdı.Belə ki, bundan sonra şəkil çəkə bilən və Windows Mobile yüklənmiş hər bir telefon vasitəsilə şəkilləri internetə yükləmək mümkün olacaq.
Nikkei Business Daily yapon nəşriyyatının məlumatına görə, Nintendo şirkəti daşınıla bilən DS oyun konsolu (kompüterə birbaşa – şəbəkəsiz qoşulan qurğu) təqdim etməyə hazırlaşır. Təqdim edilən məhsul satışda olan Nintendo DS-dən kamera, böyük ölçülü ekran və Nintendo Wii birləşməsi ilə fərqlənir.
SimpleTech bir və iki diskli daşıyıcılar hazırlayır. Bunlar Pro Drive və Duo Pro Drive daşıyıcılarıdır. Şirkət Seagate şirkətinin 3,5 düymlük Barracuda 7200.11 sərt disklərini istifadə edir.
Advanced Micro Devices alman şirkəti stolüstü kompüterlər üçün nəzərdə tutulmuş enerji cəhətdən effektiv olan Phenom prosessorlarını təkmilləşdirməyi planlaşdırır. Bu məhsulların növbəti silsiləsi gələn ilin ortalarında işıq üzü görəcək.
Dünyanın ən məşhur markalarından biri olan Samsung yeni telefon modelini istifadəyə verməyə hazırlaşır.Sasmsung Pixon adlandırılan yeni model bir sıra funksiyalara malik olacaq.
“Yahoo Messenger 9” istifadəyə verildi.Yeni versiya əvvəlkindən bir sıra üstünlükləri ilə fərqlənir.
Samsung şirkəti ikinci 8 meqapiksel kameralı mobil telefonunu təqdim etdi. Pixon adlı yeni telefon sensor idarəetmə ilə işləyir. Satışa oktyabrda çıxarılacağı gözlənilir. Onu ilk əldə edənlər Fransa sakinləri olacaq. Bu haqda Samsung-un pres-relizində məlumat verilir.
Bu gün Sony Ericsson rəsmi olaraq X1 Xperia smartfonlarının satışına başlayıb. Smartfon 528 MHs tezlikli Qualcomm MSM7200 prosessoru ilə, 800 x 480 sensor displeylə, AGPS, WLAN, USB, Bluetooth və QWERTY klaviaturası ilə təchiz olunub.
“Qırmızı xaç” təşkilatının Britaniya bölməsi internetdə “Ümid izləri” adlı elektron oyun hazırlayıb. Oyun, onun yaradıcılarının fikrinə görə, müharibə qurbanlarının dünyada baş verən hadisələrin daha dərindən dərk etməsinə kömək etməlidir. Oyunçuya verilən tapşırığa görə, Uqandada itmiş oğlana anasını tapmağa kömək etmək lazımdır.
Onlayn video yayımına cavabdeh olan Adobe Flash Media Streaming Server xidmətinin zəifliyi istifadəçilərə Video On Demand xidmətindən pulsuz video yükləmək imkanı verir. Istifadəçilər ştat rejimində yaxın sutkalara dörd dollar ödəyərək film və ya verilişin ilk iki dəqiqəsinə pulsuz baxa bilər.
Veeam Software şirkəti nworks yeni Enterprise Management Connectors 4.0 proqram təminatını təqdim etdi. Bu məhsul nworks şirkətinin əldə edilməsi nəticəsində “irsi olaraq” Veeam-a keçmişdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları