ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

18-03-2011

ABŞ-da 5 yaşa kimi əhalinin (5 yaşlı uşaqlar daxil olmaqla) təxminən 80 faizi həftədə ən azı bir dəfə internetdən istifadə edir. Bu nəticəyə müvafiq araşdırma aparıldıqdan sonra Joan Ganz Cooney Center və Sesame Workshop qeyr-kommersiya təşkilatları gəliblər. Uşaqlar Qlobal Şəbəkədə əsasən filmlər və televerilişlərə baxırlar. Maraqlısı isə ondan ibarətdir ki, bundan sonrakı yaş qrupu (6-9 yaş) arasında internetə həvəs bir qədər aşağıdır

Bakıda reklam festivalı keçiriləcək

18-03-2011

Bu gün «Crystal Butterfly-2011» II Bakı Reklam Festivalı telelayihəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən festivalın təsisçisi Famil Tağıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda fəaliyyət göstərən reklam şirkətlərinin il boyu fəaliyyətinin qiymətləndirilməsi, ölkədəki reklam biznesinin dünya standartlarına uyğunlaşdırılması, reklamlarda yaradıcılığın artırılmasının stimullaşdırılması, reklam şirkətləri arasında rəqabətin daha da gücləndirilməsi, televiziya tamaşaçıları


Facebookda şifrənizi qorumağın 3 yolu

18-03-2011

Bir çox istifadəçinin ən böyük problemlərindən biri də facebook şifrəsinin oğurlanmasıdır. Facebook hesabınıza girdikdə diqqət etməli olduğunuz bir sıra özəlliklər var. Xəbərlər.az portalı facebookda şifrənizi qorumaq üçün 5 təhlükəsiz yolu təqdim edir...

İnternet xəbər mənbəyi kimi qəzetləri geridə qoydu

17-03-2011

ABŞ-da insanların əksəriyyəti xəbərləri qəzet və jurnallardan deyil, daha çox şəbəkədən öyrənməyə üstünlük verir. Bu haqda “Poynter Institute” Amerika Jurnalistika Mərkəzinin illik hesabatında deyilir.


Microsoft brauzer bazarında mübarizəsini gücləndirir

17-03-2011

Microsoft şirkəti Internet Explorer-in 9-cu versiyasını təqdim etməklə brauzer bazarında mübarizəsini davam etdirdiyini bildirib. Şirkət Internet Explorer 9 brauzerində təqdim olunmuş innovasiyaları Qlobal şəbəkənin inkişafının yeni mərhələsi kimi dəyərləndirib. Microsoft şirkətinin nümayəndələrinin fikrincə, yeni brauzer daha sürətli, gözəl və rahat olduğu üçün tezliklə internet istifadəçiləri arasında populyarlıq qazanacaq. Qeyd edək ki, Internet Explorer 9 brauzerini ancaq Windows 7 və Vista əməliyyat sistemlərinin istifadəçiləri yükləyə bilər. İlk statistik məlumatlara əsasən yeni brauzeri artıq 40 milyondan çox istifadəçi yükləyib.

“Google” mobil telefonları kredit kartlarına çevirəcək

17-03-2011

ABŞ-da dünyanın nağdsız ödəmələr sistemində inqilabi yeniliyə səbəb ola biləcək layihə üzərində işlər başlayıb. Xeberler.az-ın Bloomberg agentliyinə istinadən məlumatına görə, “Google” şirkəti “VeriFone” şirkəti ilə birlikdə yeni qeyri nağd ödəmə texnologiyası hazırlayır. Bu texnologiya mobil telefonların mağazalarda nağdsız ödəmə üçün istifadə olunmasına imkan verəcək. Yeni sistem ənənəvi kredit kartlarını əvəz edərək onları bazardan çıxarmalıdır. Yaxın aylarda San-Fransisko və Nyu-Yorkda yeni sistemin sınaqlarına başlanacaq. Artıq mağazalarda quraşdırılmış “VeriFone” terminalları telefonun mikrosxemi vasitəsilə ödənişləri qəbul edə bilir. Bu, təmassız yaxın mobil


Media və İKT mövzusunda dəyirmi masa keçirilib

17-03-2011

Bu gün Bakıda «Avropa» otelində «21-ci əsrin dialoqu: Media və İKT» mövzusunda dəyirmi masa keçirilib. «Yeni Nəsil» birliyi və Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş tədbirdə İKT şirkətlərinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak ediblər. Təşkilatçılar Azərbaycanda İKT-nin inkişaf perspektivlərini, KİV auditoriyasının genişləndirilməsində İKT-nin rolunu, İKT və KİV arasında qarşılıqlı təsiri, KİV üçün mobil rabitə imkanlarını və s. məsələləri müzakirə etməyi təklif ediblər.

"Twitter"ə girişdə problem yaranıb

17-03-2011

Dünyada ikinci ən məşhur sosial şəbəkə olan "Twitter"də təxminən 2 saat öncə problem yaranıb. Belə ki, şəbəkə istifadəçiləri izlədikləri istifadəçilərin mesajlarını ("tweet"lərini) görə bilməyib. Yalnız özlərinin yazdıqları məlumatlar səhifədə görünüb. Bu hal təxminən 2 saat davam edib.


5 yaşlı Twitter

16-03-2011

Bu gün "Kaliforniya" şirkətinin rəhbəri olan Cek Dorsayın dəstəyi ilə yaradılan Twitter"in yaranmasının 5 ili tamam olub. Dorsey bildirib ki, "21 mart 2006-ci ildə ilk dəfə olaraq "Twitter" vasitəsilə ilk mesajı özüm göndərdim. Hazırda 200 milyondan çox istifadəçisi olan və hər gün 140 milyondan çox mesaj göndərilən "Twitter"də, 2010-cu ildə 25 milyard mesaj göndərilib. Keçən il "Twitter"ə 100 milyondan çox istifadəçi üzv olub."

Vesti.az-ın 2 yaşı tamam oldu

16-03-2011

Fəaliyyətini analiz edərək tam əminliklə söyləmək olar ki, portal effektiv internet-platforması yarada və internet-mətbuat seqmentində öz yerini möhkəmlədə bilib. Portal işə başladığı ilk günlərdən diqqəti özünə cəlb edib.


Online xəbərlər qəzetləri geridə qoydu

15-03-2011

2010-cu ilin nəticələrinə görə, Amerika interneti ilk dəfə oxunma sayına və reklam gəlirlərinə görə kağız nəşrləri geridə qoyub. "Pew Research Center" şirkəti gündəlik araşdırmalarına əsasən müəyyən edib ki, amerikalıların 46 faizi, ən azı, həftədə üç dəfə xəbərləri internetdən oxuyurlar, qəzetləri (və opnların online versiyalarını) isə yalıız 40 faiz oxuyur. 2010-cu ildə ABŞ qəzetləri reklamdan 22,8

“YouTube”da Qarabağ TV yaradıld

15-03-2011

Videokanalın yaradılmasında əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək etmək və real vəziyyəti onların beynində canlandırmaqdır.


Anındaca tərcümə

14-03-2011

Yeni “iPhone app” mobil telefonunun “WordLens” programı inanılmaz imkana malikdir. İtv.az Dailymail.co.uk saytına istinadən xəbər verir ki, “WordLens” programı yeni “iPhone app” mobil telefonunun kamerası vasitəsilə qarşısına çıxarılan hər bir sözü, cümləni və hətta mətni belə dərhal tərcümə edir. Tərcümə proqramı ispan-ingilis, ingilis-ispan dilləri üçün nəzərdə tutulub.

Internetdə Azərbaycan ədəbiyyatı kitabxanası yaradıldı

11-03-2011

Azadlıq Radiosunun “Oxu zalı”nda yeni layihə işə düşür: Azadlıq Radiosunun “Oxu zalı” səhifəsindəki “On-line kitabxana” bölümünə daxil olmaqla siz 20-ci əsrin ikinci yarısından sonra yaranan Azərbaycan ədəbiyyatı nümunələrini oxuya bilərsiniz. Bu haqda saytda yazılıb: Üzvlük yox, zəhlətökən axtarışlar yox! Amma hələ ki kitabxana genişləndirilmə mərhələsindədir. Müəlliflərin yalnız bir hissəsinin əsərlərini kitabxanaya daxil edə bilmiş


Eltefa 2011 sərgisi keçiriləcək

11-03-2011

23-25 mart 2011-ci il tarixlərdə Ştuttqart (Almaniya) şəhərində Eltefa 2011 sərgisi keçiriləcək. Bu il sayca 16-cı olan sərgi ənənəvi olaraq iki ildən bir keçirilir.

Yeni Internet Explorer gəlir

10-03-2011

Internet Explorer 9 martın 14-də çıxacaq. Onun müasir saytları daha yaxşı dəstəklədiyi, həmçinin yeni təhlükəsizlik sistemi olan «izlənmədən müdafiə» ilə təchiz olunduğu məlumdur.


Adnan Hacızadə: "Facebook və Twitter şəbəkəsində səhifən varsa bloqçu sayıla bilərsən"

10-03-2011

Bloger Adnan Hacızadə Amerikanın Səsi radiosuna müsahibə verib. O, müsahibədə bir çox məsələlərə aydınlıq gətirib. - Adnan bəy, siz həm də video bloqçusunuz. Azərbaycanda bloqçuluq sahəsində vəziyyət necədir? Sizin həbsinizdən sonra bu sahədə bir canlanma hiss edilirdi. - Bəli, bizim həbsimiz bloqçuluğa təkan verdi. Hazırda sosial şəbəkələr insanlar üçün elə asan i

“WeBlog-2” layihəsi start götürdü

10-03-2011

“İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog” layihəsinin bağlanış və eyni zamanda “WeBlog-2” layihəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və qonaq olaraq USAN (AS Azerbaijan network) sədri Adil Bağırov iştirak etmişdir. Ceyhun Osmanlı Adil Bağırovu iştirakçılara






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə