Previous Next
Bağla

Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

04-10-2024 16:52
Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb
Cari ilin əvvəlindən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minib. Dövlət satınalmalarının rəqəmsallaşdırılması, eSatınalma portalının (etender.gov.az) təkmilləşdirilməsi istiqamətidnə son zamanlar bir xeyli işlər görülüb. Artıq bütün satınalmalar “etender.gov.az” platforması üzərindən elektron formada həyata keçirilir.
 
Xəbərlər.az məlumat verir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, son zamanlar Antiinhisar və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tender üçün tələb olunan sənədlərin iştirakçılar tərəfindən kağız formada deyil, birbaşa dövlətə məxsus informasiya resurslarından generasiya olunmaqla əldə edilməsinə də diqqət yetiriblər. Yəni bu sənədlər iştirakçılar tərəfindən sorğu verilən anda, real vaxt rejimində portala yüklənir:
 
"Mərkəzi Bankın və Dövlət Vergi Xidməti bu istiqamətdə addımları xeyli təqdirəlayiqdir".
 
Osman Gündüz bildirib ki, tender üçün vacib olan digər sənədlər üçün isə bunu demək mümkün deyil:
 
"Elə sənədlər var ki, yenə də bununla bağlı dövlət qurumuna müraciət etmək, kağız formada, yaxud epoçtla onları əldə etmək və portala yükləmək lazım gəlir. Maraqlıdır və təəccüblüdür ki, rəqəmsallaşmanın ən çox inkişaf etdiyi, bu dünyada bəlkə də qazanmadığı mükafat qalmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumlarından tələb olunan arayış (işəgötürənin cəriməsinin olmamamsı haqqında) rəqəmsallaşmayıb. Yəni görünən odur ki, bu arayış tender iştirakçısı tərəfindən ƏƏSMN-ə müraciət edilməklə əldə edilməli və sistemə yüklənməlidir".
 
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilməli olan arayış da (məhkəmə qərarı ilə müflis elan olunması, sahibkarlıq fəaliyyətinin dayandırılması, borcuna görə əmlakın üzərinə tələbin yönəldilməsi ilə bağlı məhkəmə işləri) oflayn və ya elektron poçtla müraciət etməklə əldə edilərək eSatınalma portalına yüklənməlidir.
 
Osman Gündüz vurğulayıb ki, son zamanların ən faydalı e-xidmətlərindən biri "məhkumluq haqqında arayış" dır. Bu xidmət DİN tərəfindən tam olaraq rəqəmsallaşdırılsa da arayışın satınalma portalına inteqarsiyası da hələlik reallaşmayıb:
 
"Bir daha vurğulamaq istərdim ki, burada diqqət çəkən məqam qeyd olunan arayışların aidiyyatı olduğu qurumlarda rəqəmsallaşma səviyyəsinin yetərincə yüksək olmasıdır".
 
Ekspert ümid edir ki, Antiinhisar, İRİA, Ədliyyə Nazirliyi və ƏƏSMN tenderdə iştirakla bağlı sənədlərin real vaxt rejimində eSatınalma portalına inteqrasiyası üçün zəruri olan addımları atacaqlar.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025
Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz

Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz

02-12-2025
Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023
Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023
Sahibkarların işi asanlaşdı-Yenilik

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023
Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

24-05-2021
Vergi borcu xidməti elektronlaşdırılıb

Vergi borcu xidməti elektronlaşdırılıb

05-09-2023
Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumat vahid portala inteqrasiya edilib

Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumat vahid portala inteqrasiya edilib

21-04-2025
Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015
Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

29-11-2024
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
İş yeri üçün elektron arayış alanların sayı artıb

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
ƏƏSMN-nin 15 növ e-arayış xidməti əhalinin istifadəsinə verilib

ƏƏSMN-nin 15 növ e-arayış xidməti əhalinin istifadəsinə verilib

09-12-2020
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015
İş yeri üçün elektron arayış alanların sayı artıb

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016
11 mindən çox istifadəçi elektron arayış əldə edib

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015
 İş yerinə dair elektron arayış alanların sayı artıb

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017
Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024
 Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015
Nə vaxtadək kağız arayışların surətlərini harasa təqdim edəcəyik?

Nə vaxtadək kağız arayışların surətlərini harasa təqdim edəcəyik?

27-04-2015
“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025
Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025
Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına  tam olaraq inteqrasiya olunmayıb

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə