Googledən qəribə açıqlama

06-07-2010

Googledən qəribə bir açıqlama: "Layihə o qədər müvəffəqiyyətli oldu ki, dayandırmaq məcburiyyətində qaldıq."

Prezidentin saytı yeniləndi

06-07-2010

Ölkə prezidentinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb. Saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında çox mükəmməl dizayn hazırlanıb.


İnternet ticarətə vergi qoyulacaq

05-07-2010

Onlayn ticarətdə əyalətlər arası satışlardan alınmayan vergilər məsələsi, nəhayət ki, həllini tapıb. Dünən təqdim olunan qanun layihəsi ticarətdə düzgün rəqabət aparılmadığını düşünənləri sevindirib.

Google şirkəti Naxçıvanı Ermənistan ərazisi kimi təqdim edir

05-07-2010

Google şirkətinin məhsulu olan Google Earth Azərbaycan ərazisini təhrif edib. Belə ki, Yer kürəsinin peykdən çəkilmiş görüntülərini təqdim edən proqramda Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Sədərək rayonu Ermənistan ərazisi kimi kimi təqdim olunur.


ABŞ interneti birdəfəlik dayandıra bilər

03-07-2010

Amerikalı siyasətçilər Çin və ya başqa ölkələrdən kiber hücumlarına qarşı interneti bütünlüklə dayandırmaq istəyir.

İndi də Windows XP-nin dəstək sistemi xakerlərin hədəfində

03-07-2010

Son vaxtlar Windows əməliyyat sistemini hədəfə alan xakerlərin yeni hücum obyekti XP dəstək sistemi oldu. Yeni hücum dalğası nəticəsində 10 mindən çox kompüterin sıradan çıxdığı bildirilir. Microsoft şirkəti hücumların qarşısını almaq üçün hələlik bir müdafiə vasitəsinin mövcud olmadığını açıqlayıb.


"Google"dən "Facebook"a rəqib

03-07-2010

Google Facebooka alternativ yeni bir sosial şəbəkə yaradır.

“Times” qəzetinin saytı pullu oldu

03-07-2010

Böyük Britaniyanın məşhur “Times” qəzetinin saytına bu gündən giriş pullu olub. Xeberler.az-ın BBC-yə istinadən xəbər verir ki, yalnız qəzetin kağız versiyasına abunə yazılanlar saytda pulsuz daxil ola biləcəklər.


Facebookda yayılan təhqir və söyüşlərin səbəbi bilindi

02-07-2010

Facebook sosial şəbəkəsində yayılan təhqir və söyüşlərin səbəbi bilinib. Türk dilində söyüşləri İnci Lüğət adlanan qrupun üzvləri yayıb. Belə ki, qrup üzvləri Facebook Translate səhifəsinə daxil olub və sözləri istədikləri kimi tərcümə ediblər. Nalayiq ifadələr qısa müddət ərzində Facebookda yayılıb.

Finlər genişzolaqlı internetə çıxış hüququ qazanıblar

02-07-2010

Finlandiya internetə genişzolaqlı çıxışın hər bir vətəndaşın ayrılmaz hüququ olan ilk ölkə olub. Bu gündən etibarən bu ölkənin 5,3 milyon vətəndaşının hər birinin Qlobal Şəbəkəyə saniyədə 1 Mbit sürətlə daxil olmaq hüquq var.


"Facebook"da təhqir və söyüşlər

02-07-2010

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebookda son günlər əxlaqsız sözlər yayılmağa başlayıb. Facebookdan türk dilində istifadə edən istifadəçilər saytı açan kimi söyüşlərin, təhqirlərin şahidi olurlar.

Vuvuzela indi də Youtube-də

01-07-2010

Futbol üzrə Dünya Çempionatında ən yadda qalan məqam sözsüz ki, afrikalıların milli aləti olan Vuvuzelanın sesi oldu. Vuvuzela ilk gündən tənqid atəşinə tutulsa da, CARlılar inadlarından dönmədilər. İndi isə Vuvuzelanın səsi Youtube-dən gəlməyə başlayıb.


“İmtahana buraxılış vərəqəsi” internetdə

01-07-2010

2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq

01-07-2010

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb. "Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik", -


Dövlət saytlarının fəaliyyəti dayandırılacaq

30-06-2010

Böyük Britaniya hakimiyyəti yaxın zamanda ölkənin müxtəlif dövlət strukturlarının bütün 820 saytını nəzərdən keçirəcək və vətəndaşlara daha az fayda gətirən resursların fəaliyyətini dayandıracaq. Bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin Katibliyinin rəhbəri Frensis Mod bəyan edib.

Qaynar.info-nun serverinə haker hücumları olub

30-06-2010

Sayta 1 gündən artıq müddətdə giriş mümkün olmayıb Son 1 gün ərzində Qaynar.info Milli Xəbər Portalının yerləşdiyi serverə davamlı haker hücemları olub. Saytın texniki rəhbərliyi hücumların qarşısını ala bilmədiyi üçün, portalın sıradan çıxmasının qarşısını almaq məqsədi ilə serveri söndürüblər.


“Microsoft” əyləncəyə keçdi

28-06-2010

“Bing” servisinə əyləncə, o cümlədən musiqi, oyunlar, kinofilmlə kimi kontent axtarışı funksiyası əlavə edilib “Microsoft” şirkəti “Bing” servisinə əyləncə, o cümlədən musiqi, oyunlar, kinofilmlər və digər bu kimi kontent axtarışı funksiyasını əlavə etməklə sistemi yeniləyib.

Suriyada Facebook-a giriş məhdudlaşdırıldı

27-06-2010

Yerli mətbuatın yazdığına görə, sosial şəbəkə sahiblərinin saytda Holan yüksəkliyini İsrail ərazisi kimi göstərməsi rəsmi Dəməşqi hiddətləndirib. Qeyd edək ki, BMT, Avropa Birliyi, ABŞ və Böyük Britaniya Holan yüksəkliyini İsrail tərəfindən işğal edilmiş Suriya ərazisi sayır.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə