Previous Next
Bağla

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024 10:43
İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi tərəfindən dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək məqsədilə aparılan monitorinq nəticəsində Qazax Rayon İcra Hakimiyyətində istifadə olunan bir neçə kompüterin zərərvericilərə yoluxma halı aşkar edilmişdir. İnsidentin yerində araşdırılması zamanı Zərərvericilərin Tədqiqi Laboratoriyası tərəfindən işçi kompüterlərə baxış keçirilmiş, yoluxmanın yayılma üsulu müəyyən edilmiş və zərərverici nümunələr götürülmüşdür. İnformasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmiş, audit hesabatı hazırlanmış, tövsiyyələrlə bərabər aradan qaldırılması üçün İcra Hakimiyyətinə təqdim edilmişdir.

Sonda İcra Hakimiyyətinin nümayəndələri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Kibergigiyena üzrə ən qabaqcıl təcrübələr” mövzusunda təlim keçirilmişdir. Təlimdə internetdən təhlükəsiz istifadə, şifrə siyasəti, fişing hücumları, son zamanlar yayılmış kiberhücum metod və vektorları kimi aktual mövzulara toxunulmuşdur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi səviyyəsinin artırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

03-08-2023

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

“Resurs İdarəetmə Mərkəzi” sistemində yeni “Blok Siyahısı” modulu istifadəyə verilib

14-01-2021

Dövlət qurumlarının 902 informasiya resursunda boşluqlar aşkarlanıb

03-07-2025

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023

Təhlükəsizlik boşluqları aşkarlanmış informasiya resurslarının sayı artıb

05-08-2025

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

06-10-2025

Təhlükəsizlik boşluqları aşkarlanan informasiya resurslarının sayı artıb

03-12-2025

Təlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı artıb

06-01-2026

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

02-04-2025

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı artıb

06-05-2025

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

06-11-2025

Təhlükəsizlik boşluqları olan dövlət informasiya resurslarının sayı artıb

18-12-2024

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı artıb

07-11-2024

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb

08-01-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

04-09-2025

Dövlət Xidməti 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanı ifşa edib

05-12-2024

CERT yeni xidmət təqdim edib

19-05-2016

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

16-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə