Dünən Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 mətbu nəşrlə bağlı müraciətləri araşdırıb. Komissiya əvvəlcə Cəlilabad poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Qismət Cəfərovun “Azadlıq” qəzeti ilə bağlı şikayətlərini müzakirə edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlarla bağlı iddialar və s. əksini tapıb.
Azərbaycan Beynəlxalq Bankı Rabitə və İnformasiya Nazirliyini (RİTN) və \"Aztelekom\" İstehsalat Birliyini məhkəməyə verib. Beynəlxalq Bank RİTN-i və "Aztelekom"u kredit borclarını ödəməməkdə ittiham edir. Ərizədə göstərilir ki, adıçəkilən qurumların kredit borcu 100 min manat təşkil edir.
Gələn ilin fevral ayında Gürcüstanda mobil rabitə şəbəkəsinin abunəçiləri üçün «nömrələrin köçürülməsi» (number portability) sistemi tətbiq olunacaq. Həmçinin, 2011-ci ilin oktyabr ayında analoji sistemin stasionar rabitə şəbəkəsində də tətbiqi planlaşdırılır.
Böyük Britaniya hökuməti ölkə vətəndaşına qüvvədə olan qanunvericilikdə hər hansı bir dəyişikliyin edilməsi üzə təkliflər irəli sürmək imkanı verən Your Freedom saytını istifadəyə verib. İlk növbədə aktuallığını itirmiş və ləğv edilməsi özəl biznes sektorunun tənzimlənməsi üzrə sərtlik səviyyəsinin azalmasına kömək edəcək qanunları müzakirə etmək təklif olunub.
Azərbaycanda diffamasiya haqqında qəbul olunmuş qanun mətbuat azadlığı sahəsində ciddi irəliləyişlərə çevriləcək, - ATƏT-in KİV-in azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Xaraşti çərşənbə günü Bakıda "Yeni mətbuat erasının dəyərləri" adlı konfrans-seminarın açılışında deyib.
01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.
Müşfiq Ələsgərov: “KİV haqqında qaununda informasiya almaq hüququnun məhdudlaşdırıldığı məqamlar barədə yalnız ümumi məlumatlar verilir”
Qanun layihəsinin işlənib hazırlanması artıq bütünlüklə başa çatıb və baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib
Azərbaycan müəllimlərinin İnternet Forumundan həmçinin elektron tədris resurslarının müzakirəsi və qiymətləndirilməsi üçün də istifadə olunması planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları