Previous Next
Bağla

Reklam SMS-ləri ilə bağlı qanuna dəyişiklik edilməsi təklifləri hazırlanıb

30-10-2014 21:57
Reklam SMS-ləri ilə bağlı qanuna dəyişiklik edilməsi təklifləri hazırlanıb

Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin balansından vəsait çıxılması barədə KİV-də yayımlanan məlumatlarla, Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) daxil olan şikayətlərlə bağlı RYTN və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDM) birgə araşdırmalar aparıblar. Bu barədə Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov məlumat verib.

Araşdırma nəticəsində məlumat və reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü müəyyənləşdirilib: 

Yeni tarif və ya məhsullar (xidmətlər) barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli SMS-lər.

Məzmun və xidmət təchizatçılarının təqdim etdiyi xidmətlər barədə məlumat xarakterli SMS-lər;

Digər şirkət, bank, mağazaların göndərdiyi reklam xarakterli SMS-lər.

Müşfiq Əmirov bildirib ki, mobil operatorlardan RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özlərinin şirkət, bank, mağazalara nömrələrinin təqdim etməsi həmin abunəçilərə davamlı olaraq SMS-lərin daxil olmasına şərait yaradır. Daxil olan SMS-ə görə abunəçinin balansından pul tutulması isə yalnız abunəçilərin özlərinin təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur.   

“Mobil operatorlar, istehlakçı hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrində (məsələn, televiziyada, radioda və digər KİV-də) olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər.  Məsələn, reklam daxil olan nömrəyə STOP yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən  reklam xarakterli SMS-ləri dayandıra bilər”- deyə nazir müşaviri qeyd edib.                            

Müşfiq Əmirov həmçinin vurğulayıb ki, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlayıb.

“Belə ki, mobil telekommunikasiya şəbəkəsindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik  olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunub. Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib”. 

Mənbə: mincom.gov.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən bezdirici SMS-lərlə bağlı yenilik

23-12-2015

Azercell bezdirici SMS-lərin qarşısını alacaq

09-04-2015

Nazirlik reklam SMS-nin qarşısını alacaq?

04-12-2014

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

18-03-2025

Mobil reklam internet reklamından 27 dəfə daha çox təsirlidir

27-06-2009

«Bakcell» şirkəti «SMS Viktorina» kampaniyasına başladı

05-02-2011

Nar Mobile-dan Hər Tərəfə 5 Qəpik və Bol-Bol SMS kapmaniyaların istifadə müddəti uzadıldı

02-04-2010

Azercell yeni “SMS Şans” kampaniyasına başlayıb

04-03-2009

077271111 nömrəsindən gələn SMS-lər

25-06-2011

Gələn həftə “Reklam haqqında” qanun qəbul olunacaq

04-04-2015

Whatsapp və Facebook mobil operator bazarını sıxışdırır

20-10-2014

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

22-05-2025

Aztelekom ev telefonlarından MMS göndərilməsi şəbəkəsini işə salacaq

09-01-2012

SMS-dən ölüm

27-03-2009

Artıq “SMS məlumat” xidmətinə qoşulan mobil nömrəni bankomat vasitəsilə dəyişdirmək mümkündür

12-11-2013

«Azercell» «MobilMetro» adlı xidmət növünü təqdim edib

03-10-2010

Qanunsuz SMS reklamlardan necə xilas olmalı?

11-10-2018

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

19-06-2009

SMS-lərin gəlməməsinə dair - Palatadan açıqlama

28-03-2019

Reklam fəaliyyəti sahəsində monitorinqlər davam edir

27-09-2010

SMS-reklamlar qanunla məhdudlaşdırılıb

21-07-2015

Azercell dərmanların saxta olub-olmadığını yoxlayacaq

27-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə