Previous Next
Bağla

Teleradio yayımının dayandırılması və ya lisenziyanın ləğv edilməsi səlahiyyəti MTRŞ-ə verildi

04-04-2015 18:23
Teleradio yayımının dayandırılması və ya lisenziyanın ləğv edilməsi səlahiyyəti MTRŞ-ə verildi

Azərbaycan prezidenti İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 24 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam verib.


`Televiziya və radio yayımı haqqında` qanuna dəyişikliklər teleradio yayımçılarına xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi ilə bağlıdır.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini tələblərini pozduqda lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla, xüsusi hallarda lisenziyanın qüvvəsinə məhkəmə tərəfindən xitam verilə bilərdi. Bu xüsusi hallara lisenziya yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alınması, yayım lisenziya alındıqdan sonra altı ay ərzində həyata keçirilməməsi, lisenziyanın sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunması, teleradio yayımı texniki cəhətdən mümkün olmaması, dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunması və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradılması daxil olub.

“Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, teleradio yayımçılarına xüsusi lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və lisenziyanın qüvvəsinə xitam verilməsi sahəsində səlahiyyətlər məhkəmələrdən alınaraq Milli Televiziya və Radio Şurasına (MTRŞ) verilib və bu səlahiyyətlərin tətbiq ediləcəyi halların əhatə dairəsi genişləndirilib.

Başqa sözlə, bundan sonar teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı MTRŞ-in qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılacaq.

MTRŞ-in qərarı ilə lisenziyanın qüvvəsinə lisenziyanın sahibi həmin məqsədlə ərizə təqdim etdikdə, lisenziya yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda, lisenziya alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə, lisenziyada müəyyən edilmiş yayım zonası bir il müddətində tam təmin edilmədikdə, lisenziyanın sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda, teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda, yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız həyata keçirilmədikdə, xüsusi razılığın (lisenziyanın) sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə xitam veriləcək. Eyni zamanda yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə MTRŞ yayımçının lisenziyanın qüvvəsinə xitam veriləcək.

MTRŞ-in lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ya qüvvəsinə xitam verilməsi barədə qərarından şikayət həmin qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə veriləcək. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə xitam veriləcək.

Digər dəyişikliyə əsasən, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə teleradio yayımı sahəsində müvafiq dövlət orqanına, yəni MTRŞ-ə müraciət edəcək. İndiyə qədər belə halarda müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilərdi (APA).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

MTRŞ kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüşüb

23-07-2015

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

“Televiziya və radio yayımı haqqında” qanun dəyişdi

04-04-2009

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

Kabel şəbəkəsi yayımı ilə bağlı bəzi qadağalar olacaq

16-05-2017

MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb

18-01-2021

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

ANS televiziyasının yayımı dayandırılıb

18-07-2016

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

Bu gün MTRŞ-nın iclası keçirilib

12-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə