Ümumdünya internet şəbəkəsində daha bir axtarış sistemi artıb. İyulun 28-dən, Google şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılmış, Cuil adlanan axtarış sistemi işə başlayıb. Yaradıcılar əmin edirlər ki, yeni axtarış sistemi 120 milyarddan ibarət ən böyük indeksləşdirilmiş resurslar bazasına malikdir. Ekspertlər, yeni layihənin bazar liderlərini sıxışdırma şanslarını bədbinliklə qiymətləndirirlər. Yeni Cuil.com axtarış sistemi, Google şirkətinin bir qrup keşmiş əməkdaşları – Tom Kostello, onun həyat yoldaşı Anna Peterson, Rassel Paurer və Lui Monye tərəfindən yaradılıb. Sözügedən axtarış sisteminin indeksində 120 millyard səhifə mövcuddur. Bu da Cuil təsisçilərinin qiymətləndirməsinə görə, Google bazasından üç dəfə çoxdur.
Computerworld-un verdiyi xəbərə görə, Mozilla şirkətinin yeni layihələr üzrə vitse prezidenti Mayk Şropfer, Facebook sosial şəbəkəsinin yeni layihələr üzrə direktoru olacaq. Firefox brauzerinin hazırlanması və inkişafı ilə məşğul olan Mayk Şropfer Mozilla şirkətinə gələnə dək, Sun Microsystems şirkətində verilənlərin emalı və avtomatlaşdırılması mərkəzinin direktoru vəzifəsində çalışıb.
Regionlarda 1 Gbs həcmində «AzDataKom» şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, artıq «AzDataKom» şəbəkəsinin birinci fazası üzrə işlər uğurla başa çatdırılmışdır. Nəticədə Bakı və Sumqayıt şəhərlərinin ATS-ləri vahid şəbəkəyə birləşdirilmiş, 10 Gbit/saniyə sürətli informasiya mübadiləsi üçün imkan yaradılmışdır.
iyulun 29-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında qurumun rəsmi internet səhifəsi təqdim olunmuşdur. Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova yeni “veb-səhifə”nin açılmasını Şəkinin ictimai-siyasi və mədəni həyatında çox əlamətdar hadisə kimi qiymətləndirmiş, “aztelekom.net” internet provayderinin Şəki bölgəsi üzrə mütəxəssislərinə minnətdarlığını bildirmişdir. Şəhər icra hakimiyyətinin baş mütəxəssisi Sahib Əlişanbəyli zalda quraşdırılan monitorun köməyi ilə yeni internet səhifəsinin xüsusiyyətləri barədə məlumat vermişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Məlumat- Hesablama Mərkəzi “Elektron imza”nın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulmasına dair açıq tender keçirir. Qeyd edək ki, informasiya cəmiyyətinin inkişafı üzrə “Elektron imza” sisteminin tətbiqi istiqamətində beynəlxalq təcrübə öyrənilmiş, müvafiq qanunvericilik bazası, normativ sənədlər hazırlanmış, Türkiyənin Telekommunikasiya Qurumu ilə “Elektron imza” sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır.
Предложения Интернет-форума Азербайджана по снижению цен на Интернет-услуги в стране так и остались нереализованными. Об этом заявил журналистам президент Интернет-форума Азербайджана Осман Гюндюз.
Biz artıq dünyada ən tanınmış axtarış sistemləri arasında baş verən sərt mübarizələrə öyrəşmişik. Bizlər, Google, Yahoo, MSN, Altavista, AOL və digərlərinin, bazarın hətda balaca hissəsi uğrunda ciddi döyüşlərə belə hazır olmalarına vərdiş etmişik. Ötən gün Hitwise şirkəti, ABŞ-da ən tanınmış axtarış sistemləri siyahısını yeniləşdirib. Hesabat ayı kimi, iyun ayı götürülüb.
Cari ilin sonunadək dünya əhalisinin təxminən dörddə bir hissəsi, yəni 1.4 milyarda yaxın insan müntəzəm qaydada İnternet Şəbəkəsindən istifadə edəcək. Bu göstəricilər IDC şirkətinin yeni araşdırmalarında qeyd olunub. 2012-ci ilədək isə Şəbəkə imkanlarından, 1.9 milyarddan çox, yəni dünya əhalisinin təxminən 30% bəhrələnəcək.
Britaniya polisi, internet vasitəsi ilə 12 milyon dolların oğurlanmasında günahlandırılan, yenizellandiya xakeri Ouen Tor Uokerin istedadını xeyirli işə yönəltmək qərarına gəliblər. İndi xaker, “ümumdünya torunda” baş verən cinayətləri araşdıran bölmədə çalışacaq.
Vaşinqton və Kaliforniya universitetlərinin tədqiqatçıları oğurlanmış noutbukların axtarılması üçün nəzərdə tutulmuş Adeona sistemini yaradıblar. Pulsuz təqdim olunan açıq kodlu proqramla təchiz olunmuş yeni sistem noutbuka quraşdırılır və avtomatik sürətdə, noutbukun yerləşdiyi ərazi barədə OpenDHT serverinə şifrlənmiş məlumat göndərir. Proqram yalnız İnternetə qoşulduqda işləyir.
Intel şirkəti rəsmi olaraq, noutbuk istehsalçılarını Centrino 2 – yeni mobil platforma ilə təchiz etməyə başlayıb. Həmin reliz Centrino-nun əsaslı yenidən baxılmasına dair sayca artıq beşincidir. Təqdimat mərasimi zamanı şirkətin məhsul istehsalat xəttində mobil istiqamətin vacibliyini vurğulayan Intel nümayəndələri qeyd ediblər ki, gələcək nəsil mobil platformalarda istehlakçı və korporativ həllərə bölünmə prinsipi saxlanacaq.Yeni Intel Centrino-nun əsasını Penryn ailəsindən olan 45-nm Core 2 Duo prosessorları təşkil edir. Bu istehsalat xəttinə Intel Core 2 Duo P8400 (2.26GHz), P8600 (2.40GHz), T9400 (2.53GHz) və T9600 (2.80GHz) daxildir.
Yandeks (rusca Я ндекс) Rusiyanın ən böyük arama motoru və portalıdır. O 1997-ci ildə yaradılıb. Onun adı “Yet Another iNDEXer” (YANDEX) və ya dil indeksi (“Языковой Index”) anlamını verir. Rusca «Я» sözü ingiliscə “I” ilə eyni anlam daşıyır, yəni mən şəxs əvəzliyi (I şəxsin təki) Bunu da çevirəndə ikimənalı olur: yəni «Яндех» və «Index».
Dünyanın ən çox istifadə edilən e-poçt xidmətlərindən Hotmail –i Hindistan əslli bir müsəlman gəncin tapdığı ortaya çıxdı. Bu anda Microsoft korporasiyasına aid olan söz mövzusu mailin arxasında əslində böyük bir müvəffəqiyyət hekayəsi yatır. Bu müvəffəqiyyətin altına imza atan gənc Hindli Müsəlmanın adı Sabir (Sabeer) Bhatia. 1988-ci ildə Sabir, Stanford Universitetində təhsil almaq üzrə ABŞ -a gəlir. Buradan məzun olduqdan sonra internet firmalarından birində işə başlayır, ardından eyni universitetdən məzun olan Cek Smit adlı bir gənclə tanış olur.
Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür. Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.
Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt – digg.com saytıdır.
Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur.
Net Applications tərəfindən aparılan bir araşdırma Windows əməliyyat sistemini istifadə edən kompüter istifadəçilərinin sayında eniş olduğunu göstərdi. Araşdırma, internetə bağlı istifadəçilər arasında aparılıb. Araşdırmanın məqsədi, kompüter istifadəçilərinin hansı əməliyyat sistemini daha çox istifadə etdiklərini təyin etmək olub. Bu araşdırmaya görə Windows istifadəçilərinin sayı 90%-dən aşağı düşmək təhlükəsi yaşarkən , Applenin Mac OS X əməliyyat sistemindən istifadə edənlərin sayı 10%-i keçmək üzrədir.
Azərbaycanda əhaliyə fərdi kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan «Xalq kompüteri» layihəsinin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin şəbəkəsindən istifadə olunacaq. Nazirlikdən verilən məlmata görə, mövcud imkanların analizi göstərir ki, proqramın reallaşdırılması üçün daha çox uyğun gələn şəbəkə 1700-ə yaxın şöbəsi olan «Azərpoçt»un infrastrukturudur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları