ABŞ Prezidentinin inauqurasiyasından onlayn yayım bütün rekordları geridə qoyub

22-01-2009 / 14:38

ABŞ-ın bütün informasiya portalları Yahoo, CNN, MSNBC, AOL News, The New York Times, ABC, CBS, Fox və Washington Post, ilk dəfə Prezident Barak Obamanın inauqurasiyasından canlı veb-yayım təqdim ediblər. Hulu, C-SPAN, Joost və Ustream videoservisləri də xəbər portallarından geri qalmayıblar. Hətta Ustream servisindən təsviri iPhone-da da görmək mümkün idi.

İnternet-səhifələrini şəkillərlə təmin edən Akamai Technologies şirkətinin məlumatına görə onlayn-tamaşaçıların sayı 7,7 milyon nəfər təşkil edib.
Həmin gün CNN.com resursu bəyan edib ki, səhər saat 06:00-dan etibarən saytda 21,3 milyon istifadəçi qeydə alınıb.

Ümumilikdə, provayderlər və müxtəlif texniki servislər güclü yüklənməyə baxmayaraq serverlərin və saytların fasiləsiz işini təmin edə biliblər. Bununla yanaşı yüklənmiş trafikin dəstəklənməsini bütün saytlar həyata keçirmək imkanında olmayıb. Belə ki, CNN.com-da müəyyən vaxt ərzində bəzi istifadəçilər növbədə qalmaq məcbur olublar. Məlumatların ötürülməsi baxımdan problemlər həmçinin The Associated Press agentliyində də yaşanıb ki, burada videoaxına saat 12:00-dən 13:00-dək baxmaq mümkün olmayıb.

Ümumilikdə istifadəçi axınının həddindən artıq çox olması ilə 40 ən tanınmış saytın işində yüklənmə problemləri yaşanıb, Kompulenta yazır.
Xüsusi populyarlıqla WhiteHouse.gov resursu seçilib. Buraya istifadəçilər Prezidentin şəklinin dəyişdirilib dəyişdirilməməsinə baxmaq üçün daxil olurdular. Həmin gün sayt həmişəkindən 15 dəfə daha gec açılırdı. Şəkil isə yenisi ilə xeyli tez əvəz olunub. Belə ki, saat 12:07-də burada artıq Barak Obamanın şəkli yerləşdirilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə