Previous Next
Bağla
ABŞ-da “AzərSat” peykinin texniki parametrləri müzakirə ediləcək

ABŞ-da “AzərSat” peykinin texniki parametrləri müzakirə ediləcək

22-01-2011

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndələri Dallasda (Virciniya ştatı) “Azərsat” telekommunikasiya peykinin texniki parametrlərini müzakirə edəcək. Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda qeyd edilir. “Nazirliyin mütəxəssisləri səfər çərçivəsində “Azərsat” peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunmuş toplantıda iştirak etməyi planlaşdırır

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

22-01-2011

Yaxın vaxtlarda Azərbaycanda dövlətə məxsus rabitə müəssisələrinin özəlləşdirilməsi üçün hazırlıqlara start veriləcək. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu il Azərbaycandakı stasionar rabitə müəssisələrinin birləşdirilərək onların bazasında Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması gözlənilir. Stasionar telekom şirkəti adlanacaq yeni ASC-yə ölkənin


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya iclası keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya iclası keçiriləcək

22-01-2011

Bu gün saat 10:00-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş Kollegiya iclası keçiriləcək.

Qusarın Cibir kəndində müasir ATS-in açılışı olub

Qusarın Cibir kəndində müasir ATS-in açılışı olub

19-01-2011

Bu gün Qusar rayonunun Cibir kəndində 128 saylı elektron tipli müasir ATS-in açılışı olub. Açılış mərasimində kənd sakinləri, rayon icra hakimiyyətinin rəsmiləri və millət vəkili Azər Badamov iştirak edib. Mərasimdə qeyd olunub ki, bu, rayonda istifadəyə verilən sayca 16-cı elektron ATS-dir. Gələcəkdə daha 4 belə ATS-in istifadəyə verilməsi planlaşdırılır.


Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

11-01-2011

Rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, sənəddə şuraya daxil olan şikayət və müraciətlərin araşdırılmasına, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinə, diffamasiya təşəbbüslərinin reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə əlaqədar məsələlərə, milli mətbuatın 135 illiyi ilə əlaqədar Prezident sərəncamından irəli gələn vəzifələrin həllinə geniş yer ayrılıb.

Poçt şöbələrində "ödəmə kartı" yoxdur

Poçt şöbələrində "ödəmə kartı" yoxdur

08-01-2011

Paytaxtın poçt şöbələrində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaq imtananları üçün nəzərdə tutulan "ödəmə kartı" yoxdur. Bu barədə bir qrup valideyn dünən TQDK-nın qarşısında keçirdiyini aksiyada bildirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə öz açıqlamasında bildirib ki, yanvarın 23-də keçiriləcək sınaq imtahanlarında iştirak üçün 31 min yer ayrılıb. Bunun 20 mini təkcə Bakı, 11 mini isə Naxçıvan, Sumqayıt


Ödəmə kartları satışda

Ödəmə kartları satışda

06-01-2011

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.

Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

03-01-2011

“Aztelekom” İstehsalat Birliyində Azərbaycanın telefon şəbəkəsinin tam elektronlaşdırılması ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təbrik məktubu oxunub.


«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010

«Aztelekom» İstehsalat Birliyi gələn il beynəlxalq danışıq tariflərini azaltmaq niyyətindədir.Bunu «Aztelekom»un rəhbəri Məhəmməd Məmmədov bildirib. M.Məmmədovun sözlərinə görə, artıq bu istiqamətdə Tarif Şurasına da müraciət olunub. “Həmçinin regionlar üzrə də ölkədaxili danışıq tariflərinin azaldılması nəzərdə tutulub. Tariflərin azaldılması ilə biz qiymətlərdə balanslaşma aparırıq”.

Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb.

Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb.

30-12-2010

Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb. HP ProBook 4510s notbukunun sahibi Sumqayıt şəhər sakini, 27 saylı orta ümumtəhsil məktəbinin müəlliməsi Xalidə İsgəndərova olub. Layihənin tərəfdaşları 10 000-ci kompyuteri hədiyyə olaraq vermək qərarına gəlib.


Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub

Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub

30-12-2010

Bu gün “Gülüstan” sarayında prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə bildirilib ki, RUH Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29-12-2010

Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək. Bunu rabitə və informasiya texnologiyları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının veb-saytına verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» prezident sərəncamı və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə


Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

29-12-2010

Vergilər Nazirliyinin təşəbbüsü ilə ölkədə elektron auditin tətbiqi və bu məqsədlə mühasibatlığın tamamilə elektron formata keçməsi nəzərdə tutulur. Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, artıq müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılmasının məcburiliyi barədə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb.

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010

Vergilər Nazirliyi elektron ticarətdə əlavə dəyər vergisinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılmasına hazırlaşır. “APA-ECONOMICS”in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib.


İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı?

İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı?

28-12-2010

İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı? Əgər belə olsa, onda gərək müəllimlər, yaxud da həkimlər özlərinə ombudsman tələb edə? Bu mövzu bu gün Media Mərkəzində keçirilən “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsindəki sonuncu tədbirdə bildirilib. Debat iştirakçısı olan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, ümumi insan hüquqları üzrə

“JURNALİSTLƏRİN DOSTU” MÜKAFATININ TƏQDİMATI DEKABRIN 29-da “GÜLÜSTAN”da OLACAQ

“JURNALİSTLƏRİN DOSTU” MÜKAFATININ TƏQDİMATI DEKABRIN 29-da “GÜLÜSTAN”da OLACAQ

28-12-2010

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu il üzrə “Jurnalistlərin dostu” mükafatının təqdimatı dekabrın 29-da Bakının “Gülüstan” sarayında keçiriləcək. Bunu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, tədbir saat 18-də başlayacaq: “Qonaqlara dəvətnamələri göndərmişik. Dəvətnamələrin bir hissəsini fond, bir hissəsini Mətbuat Şurası, bir hissəsini isə Prezident Administrasiyası paylayıb.


Gəncədə yeni ATS istifadəyə verilib

Gəncədə yeni ATS istifadəyə verilib

27-12-2010

Gəncənin Natəvan qəsəbəsində yeni elektron ATS-in istifadəyə verilməsi sakinlərin rabitə sahəsində yaranan problemlərinə son qoyub. Ən son texnologiya ilə təchiz edilmiş ATS binası hələlik 500 nömrə üçün nəzərdə tutulub.

Lerik, Gədəbəy, Ağsu və Yevlax rayonlarında yeni poçt şöbələri açıldı

Lerik, Gədəbəy, Ağsu və Yevlax rayonlarında yeni poçt şöbələri açıldı

27-12-2010

Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, “Azərpoçt” MMC ilin sonuna kimi regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırır






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə