Bu gün ParkİNN otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirildi.
2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan edən qətnamə qəbul etmişdir. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır.
Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti bu gün, may ayının 10-da Rusiyanın paytaxtı Moskva şəhərində start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edir.
Elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu qloballaşan dünyada e-elm dövrün tələblərinə cavab verən elmi axtarışların, tədqiqatların, bilik və təcrübə mübadiləsinin aparılmasında əvəzedilməz rol oynayır.
Forumun məqsədi bloqçuların və yeni media mütəxəssislərinin dövlət, biznes, qht və digər maraqlı qurumların iştirakı ilə Azərbaycanda İnternetin, bloqçuluğun və yeni medianın gələcək inkişaf proqramını hazırlamaqdır.
Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti Moskva şəhərində keçiriləcək sərgisdə iştirak edəcək.
Sosial Yeniliklər Düşərgəsi əhalinin sosial problemlərini həll etmək və ya əhalinin sosial tələbatlarına cavab vermək məqsədi ilə hazırlanmış internet əsaslı layihələrin müsabiqəsidir.
“Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə may ayının 3-də Bakıda artıq ənənəyə çevrilmiş İnnovasiyalar Günü keçirəcək.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzində institutun alim və mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikasının elmi-tədqiqat və təhsil müəssisələrinin aspirant və doktorantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisinə start verilib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Телекоммуникации” (Moskva) jurnalının baş redaktoru, Cənub-Qərb Dövlət Universitetinin “Hesablama texnikası” kafedrasının müdiri, professor Vitali Titov və jurnalın redaksiya heyətinin üzvü, professorTamara Şirabakinanın iştirakı ilə Elmi Şuranın iclası keçirildi.
Bakıda Azərbaycan Media Mərkəzi (AMM) və İREX beynəlxalq təşkilatının təşkilatçılığı ilə “İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının 2011-ci il üçün internet azadlığı ilə bağlı hesabatının Azərbaycana dair hissəsi müzakirə olunub.
BMT-nin İKT sahəsində aparıcı təşkilatı olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) iqlim dəyişikliyi problemlərinin həllinə istiqamətlənmiş proqram məhsullarına dair ən yaxşı innovativ ideyanın seçilməsi məqsədlərinə xidmət edən “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib.
26 aprel 2011-ci il tarixdə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası öz işinə başlayacaq.
Aprel ayının 26-da Beynəlxalq əqli mülkiyyət günü qeyd olunur. Bu münasibətlə Müəllif Hüquqları Agentliyi, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda beynəlxalq konfrans təşkil edəcəklər.
Seminar-məşğələ Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sisteminə həsr olunub
www.GoMap.az – adlanan internet saytı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2008-ci ilin noyabrından başlanan “Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi və Naviqasiya” layihəsi çərçivəsində yaradılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən
İsrailin rabitə naziri Moşe Kaxlon mayın 16-da Bakıya rəsmi səfər edəcək. Bu İsrailli nazirin Azərbaycan ilk səfəri olacaq. Bakıda onun azərbaycanlı həmkarı Əli Abbasov qəbul edəcək. Eyni zamanda Kaxlonu rabitə və informasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları