Unibank ilə birlikdə elan olunmuş bloq yazıları müsabiqəsinin qaliblərinin adları da açıqlandı.Paytaxtdan əlavə başqa hansı regionların bloggerləri forumda daha aktiv idi?
1-2 oktyabr tarixlərində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), RİTN-nin Dövlət Radiotezliklər İdarəsi, eləcə də ölkədə fəaliyyət göstərən GSM-, 3G- və CDMA-operatorlarının əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti Tiflis şəhərində...
İqtisadi İnkışaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti küçə reklamlarının yayımı sahəsində reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə monitorinqlərini davam etdirir.
Türkiyədə YouTube-un bloklanmasından tutmuş,Facebook-un öz qaydalarına əməl etməməsinə qədər web dünyasının bir çox problemləri müzakirəyə çıxarılıb. İnternet aləmində ən çox problemləri olan ölkə kimi isə daha çox hansı ölkənin adı hallanıb?Azərbaycanda bloqçuluq və medianın sıxışdırılması haqda hansı fikirlər səslənib?
Azərbaycan Dövlət Radiotezliklər İdarəsi (DRİ) ölkə regionlarında televiziya və radio kanallarının keyfiyyətini yoxlayacaq. DRİ-dən verilən məlumata görə, İdarənin radiomonitorinq şöbəsinin mütəxəssisləri DMŞ ilə razılaşdırılmış qrafikə uyğun olaraq ölkə ərazisində TV və FM kanallarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Biləsuvar, Cəlilabad, Masallı, Lənkaran, Astara, Lerik və Yardımlı rayonlarına ezam olunub.
Bu gün Media Mərkəzində “Azərbaycanda məlumat almaq imkanları” adlı tok-şou keçirilib. Tok-şouda hüquqşünas Ələsgər Məmmədli, müstəqil jurnalist Fərəh Sabirqızı, “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz iştirak edib. Tok-şou “KİV nümayəndələrinin informasiya əldə etmə problemləri”ndən bəhs edən video süjetlə başlayıb. Ardınca iştirakçılar mövzuyla bağlı fikir mübadiləsi ediblər.
Bu məqsədlə əməkdar jurnalist Yusif Kərimovun başçılığı ilə 7 nəfərdən ibarət qrup formalaşdırılıb Mətbuat Şurası qurumun nəzdində Ağsaqqal Jurnalistlər Məclisi yaratmaq qərarına gəlib. Artıq bu gün şuranın iclasında bu barədə yekun qərar da qəbul olub.
Bakıda “Güneydə insan haqları və söz azadlığı” mövzusunda tədbir keçirildi. Bu gün Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Bütöv Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Güney Azərbaycanda “İnsan haqları və Söz azadlığı” mövzusunda toplantı keçirildi.
Azərbaycan müəllimləri Moskvada keçiriləcək İntel şirkətinin “1 şagird – 1 kompüter elektron mühitinin təşkili” mövzulu treninqində iştirak edəcəklər. Bu barədə İKT İnformasiya Mərkəzindən məumat verilib.
“Parabank” ASC plastik kart portfelinə yeni məhsul daxil olub. Bankın mətbuat xidmətindən verilən məlumata görə, Visa Beynəlxalq Ödəniş sisteminin Virtual Kartı internet şəbəkəsində mal və xidmət haqqı ödəmək üçün istifadə olunur. Bu kart növü pullarınızın ən yüksək dərəcədə təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
Bu ilin sentyabrın 21-23-də Vilnüsdə (Litva) CEPT (Conference of European Post and Telecommunications - Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı) təşkilatının Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə əlaqələr komitəsinin iclası keçiriləcək.
Sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan respublikaları hərbi qulluqçularının iştirakı ilə “ETERNİTE - 2010” kompüter dəstəkli komanda-qərargah təliminə start verilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda keçiriləcək Parlament seçkisində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib. Bu gün Mətbuat Şurasında Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən "Media və seçkilər", "Seçkilərin ədalətli və balanslı işıqlandırılması" adlı kitabçaların təqdimatı keçirilib.
Hər il olduğu kimi bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edib və müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndəriləcək.
Azərbaycan Media Mərkəzi İsveçə səfərlə bağlı elan etdiyi müsabiqənin qaliblərinin adını açıqladı Azərbaycan Media Mərkəzi seçkilər mövzusunda elan etdiyi jurnalist müsabiqəsinin qaliblərinin adlarını açıqladı. Yeddi jurnalist cari ilin oktyabrında İsveçin paytaxtı Stokholma səfər edərək oradakı parlament seçkilərindən sonrakı vəziyyətlə tanış olacaqlar.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti 15-17 sentyabr tarixlərində Aşxabad şəhərində keçiriləcək TurkmenTel-2010 – IV Beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradioyayım avadanlığı sərgisi və “Türkmənistan və dünya informasiya-telekommunikasiya texnologiyaları” elmi konfransında iştirak edəcək.
Müsabiqədə paytaxtın 6 rabitə qovşağı və Kabel qovşağının mütəxəssisləri iştirak edir 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar rabitəçilər arasında “ən peşəkar” adı uğrunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) üzrə sentyabrın 14-də yarış-müsabiqə keçirilir.
Sentyabrın 7-də Bakıda Azərbaycanın bir sıra jurnalist təşkilatları və KİV-ləri tərəfindən təşkil edilmiş \"söz və ifadə azadlığına dəstək forumu\" öz işinə başlayıb. Təşkilatçıların mətbuat konfransında \"Yeni Nəsil\" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, forum söz və ifadə azadlığı sahəsində problemlərin həllinə yardım üçün ictimaiyyətin birləşməsi məqsədi ilə keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları