FM tezliyi dayandırılmış radiolar fəaliyyətlərini davam etdirir!

02-01-2009

Azadlıq Radiosunun Azərbaycan xidmətindən verilən məlumata görə, radio fəaliyyətini qısa dalğada, internetdə və peyk yayımı vasitəsilə davam etdirir, bütün verilişlər yayım cədvəli üzrə əvvəlki qaydada davam edir. BBC və “Amerikanın səsi” radiolarının verilişlərini isə radio ilə qısa dalğalarda və internet vasitəsilə izləmək mümkündür.

Türkiyənin dövlət radiosu ermənicə yayıma başlayacaq

02-01-2009

Türkiyənin dövlət radiosu olan TRT ermənicə yayıma başlayacaq. Türkiyənin “Yeni Şəfəq” qəzeti bildirir ki, 2009-cu ilin fevral ayından etibarən TRT radiosunda ermənicə verilişlər yaılacaq.


“Azadlıq” radiosunun prezidenti MTRŞ-nın qərarı ilə bağlı mövqeyini açıqlayıb

30-12-2008

Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə bağlı mövqeyini açıqlayıb.

“Avropa+” radiosu bağlandı

30-12-2008

Milli Televiziya və Radio Şurasının (MTRŞ) bugünkü iclasında “Avropa+” radiostansiyasının da fəaliyyəti barədə qərar qəbul edilib.


Xarici radioların milli tezlikdə yayımı dayandırıldı

30-12-2008

MTRŞ-nın bu qərarından sonra 2009-cu il yanvarın 1-dən adı çəkilən radioların milli tezlikdə yayımlanması dayandırılacaq.

Neftçalada yeni elektron ATS istifadəyə verilib

30-12-2008

Neftçala rayonunda Telekommunikasiya qovşağının nəzdində fəaliyyət göstərən Abunə şöbəsinin binasında yeni quraşdırılmış elektron ATS istifadəyə verilib.


“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”-Nuşirəvan Məhərrəmli MTRŞ-nın bunun üçün lazım olan hər şeyi edəcəyini deyib.

LG mobil qol telefonu hazırlayıb

30-12-2008

Koreyanın LG şirkəti qol saatına oxşayan “LG-GD910” mobil qol telefonu hazırlayıb.


12 saat danışıq müddəti - bu artıq reallıqdır.

30-12-2008

Philips 12 saat danışıq müddətinə davam gətirən yeni mobil telefonu təqdim edir. İlk baxışdan bu elə də çox görünməyə bilər. Lakin bu rəqəm hazırda mövcud olan istənilən adi telefondan daha çox enerji saxlamaq qabiliyyəti deməkdir.

Şəkidə yeni regional telekanal açılıb

29-12-2008

Bu gün Şəkidə “Kanal-S” özəl televiziya kanalı açılıb. Televiziya kanalı UHF diapazonunun 43-cü kanalında yayımlanmağa başlayıb.


Şirvanda rabitə xidmətinin səviyyəsi yüksəlir

29-12-2008

Cari ilin 11 ayında Şirvan şəhərində əhaliyə, müəssisə və təşkilatlara 645 min manatlıq rabitə xidməti göstərilmişdir.

ABŞ-da iPnone 3G-nin qiyməti 99 dollaradək enib

29-12-2008

CrunchGear-ın yazdığına görə, AT&T 30 gün ərzində 8 GB-lıq iPhone 3G telefonunu almağa gəlmiş müştərilərə 50 dollar endirim edib. Beləliklə, ikiillik müqavilə ilə smartfonun qiyməti 99 dollara enib.


Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

29-12-2008

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İP-TV xidmətlərinin tariflərində dəyişiklik edib.

“Azercell” Qusarda yeni radio-baza stansiyasını istifadəyə verib

27-12-2008

“Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyət əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusarda yeni radio-baza stansiyasını istifadəyə verib.


Radio stansiyaların milli tezliklərdə yayımı ilə bağlı qərar təxirə salındı

26-12-2008

Milli Teleradio Yayım Şurası xarici radio stansiyaların milli tezliklərdə yayımı ilə bağlı qərarını təxirə saldı.

Azərbaycan İnternet Forumunun məlumatı

26-12-2008

AİF rəhbəri Osman Gündüz Milli Televiziya və Radio Şurasının sədri cənab Nuşirəvan Məhərrəmliyə Müraciət edib.


Sumqayıtda “Nar Mobile”ın yeni mərkəzi açılıb

26-12-2008

Sumqayıda “Nar Mobile”nin yeni mərkəzi açılıb. Abonentlər mərkəzdə “Nar Mobile” şəbəkəsinə qoşulacaq, tarif planları və təqdim edilən xidmətlər barədə məlumat ala biləcəklər.

Azerceldən yeni layihə

26-12-2008

Azercell şirkəti yeni "Maksimum Gənç" layihəsinə başlayıb. Proqram gənclər üçün yeni endirim, güzəşt və kampaniyaları özündə əhatə edəcək.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə