«Azerfon» şirkəti ölkə ərazisində 100-dək yeni baza stansiyası quraşdırıb

22-01-2009 / 11:01

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) ölkə ərazisində 100-dək yeni baza stansiyası quraşdırıb.

«Azerfon» şirkətinin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, şəbəkə keyfiyyətinin daha da artırılması məqsədilə Bakıda 52, Gəncədə 4, Zaqatalada 4, Lənkəran 3, Qaxda 3, Qobustanda 3, Qubada 3, Abşeronda 2, Astarada 2, Balakəndə 2, Biləsuvarda 2, Neftçalada 2, Şəkidə 2, həmçinin Dəvəçi, Ağsu, Bərdə, Hacıqabul, Xaçmaz, Salyan, Şamaxı, Cəlilabad və Sumqayıtda isə hər birində 1 baza stansiyası quraşdırılıb.

Nəticədə, «Nar Mobile» şəbəkəsi Azərbaycan əhalisinin 90%-ni, ölkə ərazisinin isə 80%-ni əhatə edir.

Xatırladaq ki, GSM operatoru olan «Azerfon» şirkətinə mobil rabitə xidmətlərinin göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin mart ayının 21-də başlayıb. Hazırda şirkətin respublika üzrə 900 minə yaxın abunəçisi var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.