Previous Next
Bağla

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017 10:45
Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

2017-ci ilin ilk yarısında Nar abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirib.

Xeberler.az-ın məlumatına görə, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün bu ilin yanvar ayından etibarən, Bakı, Lənkəran, Qəbələ, Şəki, Şəmkir, Şamaxı, Kürdəmir, Biləsuvar və digər bölgələrdə 165 sayda yeni 3G, Abşeron yarımadasında isə 213 ədəd 4G (LTE) baza stansiyası quraşdırılıb.

Beləliklə, Nar 794 ədəd 4G baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir.

2,3 milyon istifadəçisi olan Nar hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, Nar işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan edib.

Artıq Nar abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi planlaşdırır. 

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Azerfon şirkəti 21 mart 2007-ci ildə Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar 194 yeni 3G baza stansiyası quraşdırıb

25-08-2017

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017

Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

16-05-2017

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar-dan yay kampaniyası

15-06-2017

4G Nar şəbəkəsi artıq Zərdabda

08-11-2019

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

Nar rominq qiymətlərini daha sərfəli edib

30-06-2017

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

09-08-2021

Nar Mobile-dan xəbər var

16-12-2008

Nar-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

08-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə