«AzSığorta» Azərbaycanda ilk dəfə on-line xidmətlərə başlayıb

12-06-2009 / 12:36

“AzSığorta” şirkəti “SilverKey Technologies” şirkəti ilə birlikdə sığorta polislərinin internet vasitəsilə satışı üzrə yeni layihə təqdim ediblər.

Xüsusi olaraq həmin layihə üçün www.e-insurance.az portalı yaradılıb.Azərbaycanda ilk olan “GoldenPay” ödənişlər sistemi sayəsində “Visa/ Visa Eleсtron” və “Mastercard/Maestro” ödəniş kartlarından hər hansı birinə malik olan müştərilər sığorta xidmətlərinə görə ödənişləri onlayn rejimdə apara bilərlər.

Bugünkü gündə internet vasitəsilə xaricə gedən vətəndaşların sığortalanması, eləcədə nəqliyyat vasitələri sahiblərinin vətəndaşlıq məsuliyyətinin məcburi sığortalanması üzrə xidmətlər göstərilir. Həmçinin qalan sığorta polisi növlərinin də sözügedən portalda onlayn rejimində satışı planlaşdırılır. Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq NLT Telekom şirkəti GoldenPay ödəmə sistemini özünün internet mağazasında tətbiq edib. Bu gündən etibarən NLT Telekom-un rəsmi saytından şirkətin məhsulunu seçmək və plastik kart vasitəsi ilə ödəniş həyata keçirmək mümkün olub. Sifariş qəbul olunan kimi şirkət məhsulu müştəriyə ən qısa zamanda çatdırılmasını təmin edir.

Xatırladaq ki, “GoldenPay” onlayn ödənişlər sistemi bir sıra təşkilatlarda artıq müvəffəqiyyətlə tətbiq olunur. Xüsusən də sistem, “HOTNET” simsiz İnternet xidməti, “BakıElektrikŞəbəkə” ASC, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və YUMROO şirkəti tərəfindən inteqrasiya olunub. “GoldenPay” sistemi 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdim olunmuşdur. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrlənməsindən də istifadə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə