«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıb

01-11-2008 / 11:17

Yeni «Elektron Azərbaycan» Dövlət Proqramının (2009-2012-ci illər) layihəsinin ilkin variantı artıq hazırdır. Bu barədə «APA-ECONOMICS»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
R.Gülməmmədov qeyd edib ki, hazırda dövlət proqramının layihəsinin hazırlanması məqsədilə yaradılan işçi qrupu sənəd üzərində işi davam etdirir. Proqram çərçivəsində elektron hökumətin qurulması, Milli Super Kompüter Mərkəzinin yaradılması, elektron sənəd dövriyyəsi üzrə praktiki işlərə başlanılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı ölkə Prezidenti tərəfindən 2005-ci ilin oktyabrında təsdiqlənib. Proqramda Azərbaycanda İKT sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi, informasiya cəmiyyətinə keçidin təmini üçün müxtəlif tədbirlərin həyata keçirilməsi və s. nəzərdə tutulur.
Mənbə: APA agentliyi


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.