Previous Next
Bağla

«Elektron Azərbaycan» Dövlət Proqramının prioritetləri açıqlanıb

10-12-2008 15:25
«Elektron Azərbaycan» Dövlət Proqramının prioritetləri açıqlanıb


  Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2009-2012-ci illər üçün «Elektron Azərbaycan» Dövlət Proqramının prioritetlərini açıqlayıb. Bu, 2004-2008-ci illər üçün birinci analoji Dövlət Proqramının davamıdır.
«Biz artıq Dövlət Proqramının layihəsini hazırlamışıq və orada Azərbaycanın İT sahəsində ən vacib layihələri müəyyənləşdirmişik», - şənbə günü nazir bildirib. Onun sözlərinə görə, kosmik sənayenin inkişafı, dünyanın peyk bazarına çıxışın təmin olunması, Regional İnnovasiya Zonasının (RİZ) yaradılması və «Şərq-Qərb» yüksəksürətli informasiya magistralının salınması əsas prioritetlərdəndir.
  Ə.Abbasov deyib ki, RİZ-in tətbiqi ölkənin informasiya texnologiyaları sektorunu beş dəfə genişləndirməyə imkan verəcək. «2018 -2020 -ci illər üçün biz IT sahəsində neft sektorunun gəlirlərinə analoji gəlirlər gözləyə bilərik. «Şərq-Qərb» magistralı Azərbaycanın İT sektorunda tranzit ölkəyə çevrilməsinə imkan yaradacaq», - nazir söyləyib.

  «Elektron Azərbaycan» Dövlət Proqramının ilkin versiyasına 80 - dən çox layihə daxil edilib, onlardan 30-nu müxtəlif dövlət qurumları, qalanlarını RİTN təqdim edib. Prezident İlham Əliyev 2005-ci ilin oktyabrında Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində ilk Dövlət Proqramını («Elektron Azərbaycan») təsdiq edib. Bu sənədə İT sahəsində iqtisadi-struktur islahatlar, rabitə və informasiya texnologiyaları sektorunda müasirləşmə və genişlənmə, özəlləşmə, liberallaşma, nizamlanma, texniki müasirləşdirmə, televiziya və radio yayımının mükəmməlləşdirilməsi, poçt islahatları və informasiya cəmiyyətinə keçid proqramı daxildir.                                          Mincom.gov.az

 

 

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıb

01-11-2008

Azərbaycanda kosmik sənayenin yaradılması haqda Dövlət Proqramı rəsmən təsdiq olundu

19-08-2009

Elektron hökumətin formalaşmasına həsr olunmuş iclas keçirilib

08-06-2010

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009

«Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı» müzakirə olundu

02-09-2009

“Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaq

08-07-2011

Nazir: “İKT sahəsində rəqabətin vəziyyəti bizi çox da qane etmir”.

22-01-2011

RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

20-04-2012

Azərbaycan sabah Regional İnnovasiya Zonasının layihəsini təqdim edəcək

23-11-2010

“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılmasına dair sərəncam imzalanıb

05-11-2008

«Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsində 20-dən çox ölkə iştirak etmək niyyətindədir

16-06-2009

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07-10-2010

Azərbaycan və Yunanıstan İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

17-02-2009

Təhsil Nazirliyində Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat keçirilib

22-02-2013

Elektron-rəqəmli imzaların verilməsi mərkəzi işə salınıb

01-07-2011

Azərbaycanda Kosmik məsələlər üzrə Şura yaradılıb

10-07-2010

İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

15-04-2009

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

Azərbaycan Prezidenti: "İnformasiya-kommunikasiya sektoru çox dinamik inkişaf edir"

15-04-2011

Təhsilin informasiyalaşdırılmasında Azərbaycan təcrübəsi təqdim olunub

06-10-2009

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə