«Nar Mobile» növbəti kampaniyaya start verdi

08-07-2009 / 15:33

Nar nömrələrindən son dəfə 01.05.2009-cu il tarixinədək istifadə edən abunəçilər kampaniyada iştirak edir. Kampaniyada iştirak etdiyini yoxlamaq üçün pulsuz olaraq 777 nömrəsinə zəng etmək kifayətdir.

Kampaniyada iştirak edirsənsə, balansını istənilən məbləğlə artırmaqla nömrən avtomatik olaraq aktivləşdiriləcək və ilin sonunadək hər yüklənən məbləğ dəyərində balansına pulsuz vəsait köçürüləcək.

Pulsuz məbləğ şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. Şəbəkədaxili pulsuz məbləğ balansa hesablandığı andan 30 gün ərzində etibarlıdır.

Nömrənin canlandırılması zamanı əlavə olaraq aşağıdakı xidmətlər aktivləşdirilir:

Pulsuz GPRS Aktivləşməsi
Pulsuz Mobil TV Aktivləşməsi
Pulsuz SOCLİR Aktivləşməsi
Pulsuz MMS Aktivləşməsi

SOCLİR xidməti 31.12.2009-cu il tarixinədək pulsuz istifadə oluna bilər. Nar Nömrəni Canlandır kampaniyası 31.08.2009-cu il tarixinədək keçirilir.

Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin «Nar Mobile» şəbəkəsi Azərbaycanın ərazisinin 80%-ni əhatə edir, şəbəkədən 1,2 mln-dan artıq abunəçi istifadə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə