Nar Mobile-dan yeni 5 Sevimli Nömrə xidməti

16-10-2009 / 17:31

5 Sevimli Nömrə xidmətinə qoşularaq Nar Mobile abunəçiləri yaxınları ilə gündüz 50% güzəştlə, gecə saatlarında isə dəqiqəsi cəmi yarım qəpikdən danışacaqlar!

16.10.2009-cu il tarixindən etibarən Nar Mobile abunəçiləri yeni 5 Sevimli Nömrə xidmətindən yararlanaraq beş abunəçi ilə misli görülməmiş güzəştlərlə gecə və gündüz danışa bilərlər! Yeni xidmət sevimli insanlarla daha çox ünsiyyətdə olmaq və danışıq vaxtı haqqında düşünməmək imkanını yaradır.

Bütün öncədən ödənişli tarif planlarının istifadəçiləri* xidmət siyahısına 5 Nar nömrəyədək əlavə edərək Sevimli  Nömrələrlə gündüz saatlarında 50% güzəştlə, gecə saatlarında isə dəqiqəsi cəmi 0,5 qəpikdən danışacaqlar. 

5 Sevimli Nömrə xidmətindən istifadə qaydaları:

Sevimli Nömrənin əlavə edilməsi:
*777#31# 070abunəçinin nömrəsi#YES.

Sevimli Nömrənin dəyişdirilməsi :
*777#32#070cari nömrə*070yeni nömrə#YES

Nömrənin Sevimli Nömrələr siyahısından ləğv edilməsi:
*777#33#070abunəçinin nömrəsi#YES

Sevimli Nömrələrin siyahısı:
*777#34#YES

Xidmətdən istifadə qaydaları:
*777#35#yes

Xidmətdən SMS vasitəsilə istifadə qaydalarını almaq üçün “?” mətnli SMS-sorğunu 777 nömrəsinə göndərmək kifayətdir. Bir Sevimli Nömrənin əlavə və ya əvəzedilməsinin qiyməti 0,5 AZN təşkil edir.
Göstərilən məbləğ əməliyyat həyata keçirildikdən sonra avtomatik olaraq hesabdan çıxılır. Xidmətlə bağlı digər əməliyyatlar pulsuzdur.
Xidmət haqqında daha ətraflı məlumatı
www.NarMobile.az saytından və 7773 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

* 5 Sevimli Nömrə xidməti  Tələbə Tarif Planına şamil edilmir.

AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda AZERFON şəbəkəsindən 1 300 000 çox abunəçi istifadə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə