Previous Next
Bağla

“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

04-12-2009 18:43
“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

 Azərbaycanda “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində 2010-cu ildə ölkənin 30 rayonunda yeni təlimlər gerçəkləşəcək.

APA-nın məlumatına əsasən bunu “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı bu gün “I Milli İnternet-Forum - 2009”da çıxış edərkən deyib.

Bu günə kimi layihə çərçivəsində Azərbaycanın 40 yaxın rayonunda təlimlər keçirilib. Layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP şirkəti, “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, və bir sıra media şirkətlərdir.

Eyni zamanda C.Osmanlı 2010-cu ildə Azərbaycan internet məkanında bir sıra yeni layihələrin həyata keçiriləcəyini bildirib. Bu, Azərbaycana aid bütün resursları, elmi işləri özündə əks etdirən vahid resursun yaradılması, gənclər üçün elektron layihələrin hazırlanması və tətbiqi ilə bağlı yaradıcı mərkəzin təşkil edilməsi və digər layihələrdir.

C.Osmanlının sözlərinə görə, bütün bu tədbirlər Azərbaycan gənclərinin internetdə fəallığını və internet məkanında ölkəmizə qarşı sistemli şəkildə baş verən təxribatlara operativ reaksiya verməsini təmin etmək məqsədilə görülür.

Eyni zamanda “İRƏLİ” İctimai Birliyi regionlarda internetin, axtarış sistemlərinin istifadəsi üzrə maarifləndirmə işlərinin davam etdirmək niyyətindədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verildi

23-08-2010

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində Kürdəmir və Zərdabda yeni təlimlər gerçəkləşdirib

02-12-2009

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin təqdimatı keçirilib

01-06-2009

“İnformasiya Texnologiyaları Akademiyası” adlı maarifləndirici layihəyə start verilir

29-05-2009

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi davam edir

31-08-2009

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

12-10-2010

Azərbaycanda keçirilən ilk Foto və Sənət düşərgəsinə start verildi

27-08-2009

“WeBlog-2” layihəsi start götürdü

10-03-2011

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi davam edir

15-07-2009

“İnformasiya Texnologiyaları Akademiyası” davam edir

04-08-2009

“İrəli” İctimai Birliyinin saytı fəaliyyətə başladı

19-10-2009

WeTwitt adlı mikroblog təlimlərinə start verilir

01-06-2011

“İnformasiya Texnologiyaları Akademiyası” Qazaxda

11-06-2009

"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

19-01-2011

“Tədqiqatların aparılmasında informasiya texnologiyalarından istifadə”

18-07-2010

"İrəli" İctimai Birliyi Laçın haqqında yeni sayt/blogu istifadəyə verib

19-05-2010

Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği üçün layihələrin icrasına başlanılacaq

09-09-2013

“WeBlog” layihəsinin yekun təlimləri keçirildi

11-02-2011

“Gənc Liderlərin şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi həyata keçiriləcək

08-10-2010

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi Zaqatala və Balakəndə

30-06-2009

“İRƏLİ” İctimai Birliyi “WeBlog– 2” adlı blogging təlimlərinə start verir

03-02-2011

Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırır

02-11-2010

“İRƏLİ” Tovuzda kompüter kurslarına yekun vurub

24-06-2009

Ağdərə haqqında yeni sayt / bloq istifadəyə verildi

09-07-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə