Previous Next
Bağla

“Sosial şəbəkələrdən bir il uzaqlaşdım və gördüm ki, həyat çox maraqsızdır”

13-11-2015 11:30
“Sosial şəbəkələrdən bir il uzaqlaşdım və gördüm ki, həyat çox maraqsızdır”

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı 106.3 FM radiosunun aparıcısı Elvira İsmayılovadır.

Elvira İsmayılova ilə müsahibəni təqdim edirik:

 -Elvira xanım, internetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz?

-İnternetdən ilk dəfə kompüter alanda istifadə etmişəm. Hətta ilk dəfə istifadə edəndə qorxurdum ki, hansısa düyməyə əlimi vursam partlayacaq (gülür). Birinci dəfə Google-a daxil olub öz adımı axtarışa verdim, lakin heç bir nəticə çıxmadı (gülür)

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz?

-Hazırda Gmail-dən istifadə edirəm. Gündəlik həyatımı e-mail olmadan təsəvvür etmirəm.  Daha çox işimlə bağlı və xarici universitetlərə müraciət etmək üçün istifadə edirəm. Hər dəfə mailimi yoxlayanda həyəcanla xoş xəbər gözləyirəm (gülür).

 -Hansı sosial mediadan - Facebook, Twitter, Instagram və s. aktiv istifadə edirsiniz?

-Aktiv istifadə etdiyim Facebook və Instagram-dır. Son zamanlar Facebook-a qarşı məndə mənfi münasibət yaranıb. Xəbər saytlarına daxil olmağa vaxt olmadığı üçün Facebook səhifəmdən xəbərləri izləyirəm. Amma İnstagram-da daha çox şəkillər olduğu üçün pozitivdir. Twitter-də də varam, amma sadəcə varam (gülür).

-Facebook-da sizə reklam, aparıcılıq təklifləri gəlirmi?

-Facebook-da hansısa tədbirdə aparıcı olmağı təklif ediblər. Sosial şəbəkələr bu baxımdan aparıcılar üçün çox sərfəlidir. Çünki çox tədbirə getmədiyim üçün mənim nömrəm çox insanda yoxdur və Facebook vasitəsilə mənimlə əlaqə saxlayırlar.

-Facebook-da göndərilən dostluq təkliflərinin hamısını qəbul edirsinizmi?

-Bu, böyük problemdir. Əvvəllər çoxlarını dostluğa qəbul etmirdim. Son zamanlar tanış olmayan heç kimin dostluq təklifini qəbul etmirəm. Əsasən ortaq dostlara, profilindəki məlumatlara baxıb qərar verirəm. Instagram-da bu çox yaxşıdır ki, profili açıq və qapalı etmək mümkündür. Facebook-da isə bu mümkün deyil, mütləq dostluq göndərməlisən. Facebook-da isə xoşuma gələn cəhət odur ki, istədiyin vaxt paylaşımın gizliliyini tənzimləmək olur.

-Elvira xanım, bəs sizə yazılan bütün mesajları cavablandırırsınızmı?

-Əlbəttə, bütün mesajlara cavab yazmağa imkanım olmur. Həm də bütün günü telefona baxmağı sevmirəm. Evə gedəndə də çalışıram internetdən çox istifadə etməyim. İşimlə əlaqədar olaraq bütün günü kompüterə baxıram.  Efirdə hansısa dediyim ifadəyə görə təşəkkür edirlər. Məni sayıb, dəyər verdikləri üçün bu tip mesajlara bacardığım qədər cavab yazıram.

-Bu vaxta qədər adınızdan saxta profillər açılıbmı?

-Bir dəfə belə bir şey olub. Çox qızlar belə hadisələrə sərt yanaşırlar, şikayət edirlər. Amma düşünürəm ki, əgər cəmiyyət içərisində olmağı seçmisənsə, belə hadisələrə də normal yanaşmalısan. Saxta hesabların açılmasını istəmirsənsə, o zaman öz hesabını qapalı etməlisən.

-Sosial şəbəkələrdən özünüzü asılı hesab edirsinizmi?

-Yeniliklərin əleyhinə deyiləm, amma yeniliyi gec qəbul edirəm. Hətta 1 il müddətinə bütün sosial şəbəkələrdən uzaqlaşdım. Sonra gördüm ki, həyat maraqsızdır və yenidən hesablarımı aktivləşdirdim (gülür). Həmçinin dostlarınla birlikdə oturanda hamı Facebook-da olan paylaşımlardan danışır və sənin bu məsələdən xəbərin olmur deyə təkid edirlər ki, hesabını aç və sən də açmağa məcbur olursan. Texnologiyadan uzaq durmaq mümkündür, lakin sərf etmir. Facebook, WhatsApp-dan istifadə edəndə zəng və mesaja daha az pul xərclənir. Ümumiyyətlə, yazı yazmağa səbrim çatmır. Yaxşı ki, səs göndərmək mümkündür (gülür).

-Elvira xanım, necə düşünürsünüz, aparıcı üçün sosial şəbəkədə də tanınmaq vacib rol oynayırmı?

-Bakı çox balaca şəhərdir. Adi insan gəlir qarşından keçir və bir anlıq düşünürəm ki, bu insan mənə hardansa tanış gəlir. Rəfiqələrim də hətta belə bir zarafat edir ki, çox fikirləşmə Instagram-dan görmüsən (gülür). Məsələn, mən radio aparıcısı olduğum üçün çox adam simamı tanımır, ona görə də sosial şəbəkələr bu baxımdan tanınmağıma kömək edir. Bəzən insanlar görürəm ki, məni virtual tanıyır və salam verməyə çəkinirlər. Həmin insanlara özüm salam verirəm (gülür).

-Gənc oğlan-qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?

-Bu kimi vəziyyətlərə münasibətim çox pisdir. Həmişə dostlarımla olanda telefonu kənara qoyub canlı ünsiyyət qurmağı sevirəm. İnternet o dərəcədə həyatımıza daxil olub ki, artıq üz-üzə olanda bir-birimizlə söhbət etməyə mövzu tapmırıq. İnternet üzərindən tanış olmaq məsələsinə gəldikdə isə özüm də virtualda xeyli insanlarla tanış olmuşam. Hətta dostlarım da var. Bu baxımdan internet çox sərfəlidir.

-Bəs xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsinizmi?

-Amerikada olanda istifadə etmişəm. 6 dəqiqə danışdım və 250-270 AZN hesab gəldi. Rominq xidməti çox bahadır. Getdiyiniz ölkənin mobil operatorundan istifadə etmək daha sərfəlidir. Bu baxımdan internet də insanın köməyinə çatır. Skype, Viber-dən istifadə etməklə xarici ölkədən daha rahat danışmaq mümkündür.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü neçənci pillədə görürsünüz?

-İşdə texnologiyadan çox istifadə edirəm. Evdə isə çalışıram ki, istifadə etməyim. Özümə 7 bal verərdim. Amma çox istərdim ki, bu bal aşağı düşsün. İnformasiya əldə etmək baxımından çox əlverişlidir. Məsələn, efirdə hər hansı məsələ haqqında məlumatı dəqiqləşdirmək istəyəndə internetdə axtarışa verib cavabını tapıram.

 

Sevinc Əsədova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sosial şəbəkələrdə özümü rahat hiss edirəm”

25-11-2015

 “Getdikcə insanlar texnologiyanın qulu olurlar”- Müsahibə

25-02-2016

“Mənim saxta profillərim məndən daha aktivdirlər”

27-08-2015

“Aparıcıların məşhur olmağı üçün sosial şəbəkələr lazımdır”

28-09-2015

“Facebook-da müsahibə vermək çox asandır”

07-07-2015

“20 il əvvəl aldığım telefonu hələ də işlədirəm”- Müsahibə

26-10-2015

“Texnologiya olmasa sənətimdə boşluq yaranar” - Rubrika

29-04-2015

“İnternetdə məxfi danışıqlarım, məxfi yazışmalarım yoxdur” - Müsahibə

17-02-2015

“Şəxsi hesablarımın şifrəsini tez-tez dəyişirəm”- Ayan Babakişiyeva

21-04-2015

“Bəzilərinin İnternetdə yazdıqlarına imza qoymağa gücü çatmır”

24-07-2015

“Qadın-kişi münasibətlərində virtual tanışlığa ciddi yanaşmaq lazımdır”

11-06-2015

“Bəzi kişilər kimi Facebook-da hər dəqiqə şəkil paylaşmıram”

26-05-2015

“Kitabımın təbliğatına görə Facebook-da aktiv olmaq məcburiyyətində qaldım”

19-03-2015

“Gecələr Wi-Fi -ı söndürürəm ki, İnternetə girməsinlər”

16-02-2015

“Maaşım rouminq xidmətinin xərclərini ödəyə bilməz” –Deputat ( Yeni rubrika)

15-01-2015

“Hər gün Youtube-da rəqiblərimin döyüşlərini, taktikalarını izləyirəm”

25-06-2015

“Millət vəkillərinin sosial mediadan istifadəsini vacib hesab edirəm”

30-06-2015

”Yatana qədər texnologiyalar mənimlədir” - Qənirə Paşayeva

23-01-2015

“Texnologiyanın inkişafı tibb elmində böyük rol oynayır”- Müsahibə

22-09-2015

“Aha, sən məni “Unfollow” etmisən, yaxşı görərsən sənə nə edəcəm”- İlkin Həsəni

02-02-2015

“Məmurlar sosial şəbəkələrdə yazılanları oxusa yaxşı olar”

16-03-2015

“Sosial şəbəkələrdən pul qazanıram”

04-05-2015

“Kinostudiyanın binası elə gündədir ki, texnologiyadan söhbət gedə bilməz”-Xalq artisti

08-09-2015

“Səhəri İnternetlə açıb, gecə gözümüzü İnternetlə yumuruq”

15-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə