Çin "SatNet" sistemində 29-cu aşağı orbitli internet peykləri qrupunu uğurla orbitə çıxarıb.
Xeberler.az "Xinhua" agentliyinə istinadən məlumat verir ki, CZ-12 ("Long March"-12) Haynan adasındakı kommersiya buraxılış məntəqəsindən buraxılıb.
Peyklər təyin olunmuş orbitlərə çatdırılıb və buraxılışın uğurlu olduğu elan edilib.
CZ-12 təxminən 5 000 kilonyuton qaldırma gücünə malikdir. Uzunluğu 62 metrdir. Raket 700 km hündürlükdə günəş-sinxron orbitə azı 6 ton faydalı yük yerləşdirməyə qadirdir.
Çin meteoroloji, telekommunikasiya və naviqasiya peyklərinin yaradılması, eləcə də Ay, Mars və asteroidlərin tədqiqi üçün texnologiyaların inkişafı da daxil olmaqla, milli kosmik proqramının inkişafını fəal şəkildə davam etdirir.
Bundan əlavə, Çin kosmik stansiyası o cümlədən beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulmuş aşağı Yer orbitində fəaliyyət göstərir.
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirərək yeni milli rekord müəyyənləşdirib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları