Previous Next
Bağla

“Uşaqlara kiberqayğı 2” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

21-05-2026 09:11
“Uşaqlara kiberqayğı 2” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə icra olunan “Uşaqlara kiberqayğı 2” qrant layihəsi çərçivəsində 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.

Xeberler.az bildirir ki, təlimdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlara internet dünyasının təhlükələri, fərdi məlumatların mühafizəsi metodları, sosial platformalarda təhlükəsiz fəaliyyət və əsas kibergigiyena qaydaları izah edilib. Bununla yanaşı, texnoloji dövrdə hər bir uşağın bərabər imkanlara sahib olması üçün müasir rəqəmsal bacarıqların necə inkişaf etdirilməsi barədə söhbət açılıb.

İnteraktiv formada davam edən görüşdə uşaqların sualları ətraflı cavablandırılıb, tədbirin yekununda isə onlara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi barədə maarifləndirmək məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026

Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

26-09-2025

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

18-07-2025

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010

ETX ADA Universitetində maarifləndirici tədbir keçirib

05-05-2026

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

“İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda seminar keçirilib

04-10-2019

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11-06-2024

Azercell “Yeni il arzuları”nı gerçəkləşdirəcək

22-12-2010

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Elektron Təhlükəsizlik Xidməti məktəblərdə təlimlər təşkil edib

02-12-2022

AZINNEX Ümid yeri uşaq evində Multimedia Mərkəzi açıb

04-06-2018

AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə