Previous Next
Bağla

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019 11:25
Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

İnternetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün “Azercell Telekom” MMC “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlərini davam etdirir. 

Xeberler.az bildirir ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif bölgələrində məktəblilər, valideynlər və müəllimlər üçün təlim sessiyaları təşkil edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri, praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub. 

Qeyd etmək istərdik ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədilə martda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baş tutan “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə silsilə təlimlər keçirilib.

Onu da vurğulayaq ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə xüsusi önəm verən “Azercell” “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarına, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkan verir.

Qeyd etmək istərdik ki, ötən il “Azercell” “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” layihəsi ilə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyasında qalib seçilərək bürünc “Stevie” mükafatını qazanıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019
Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

Azercell kibertəhlükəsizlik tədbirlərinə davam edir

26-12-2017
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018
Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019
Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019
Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
Azercell-də "Təhlükəsizlik həftəsi" keçirilib - FOTO

Azercell-də "Təhlükəsizlik həftəsi" keçirilib - FOTO

23-12-2022
ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

30-05-2026
“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

16-03-2026
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” üzrə növbəti təlimlər təşkil olunub

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” üzrə növbəti təlimlər təşkil olunub

27-01-2026
Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

09-07-2025
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

30-05-2025
Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020
Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə