Previous Next
Bağla

Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

26-09-2025 18:02
Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində maarifləndirici təlim təşkil olunub. Tədbir “KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara kiberqayğı” qrant layihəsi çərçivəsində reallaşıb.

Xeberler.az bildirir ki, təlimdə “İnternetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi”, “Kibertəhlükəsizliyin əsasları”, “Rəqəmsal bacarıqların inkişafı” mövzularında təqdimatlar olub. Uşaqlara fərdi məlumatlar və onların mühafizəsi yolları, internet və sosial mediadan təhlükəsiz istifadə üsulları, internetdə qarşılaşa biləcəkləri təhlükələr və kibergigiyena qaydaları izah olunub. Həmçinin rəqəmsal bacarıqları inkişaf etdirmək yolları barədə ətraflı məlumat verilib.

Uşaqların ünvanladıqları suallar cavablandırılıb, interaktiv müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların qorunması barədə maarifləndirmək məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026

“Uşaqlara kiberqayğı 2” çərçivəsində daha bir maarifləndirici təlim keçirilib

26-05-2026

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

“Uşaqlara kiberqayğı 2” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

21-05-2026

“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

18-07-2025

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

ETX ADA Universitetində maarifləndirici tədbir keçirib

05-05-2026

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

ETX-nin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib

21-01-2025

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri baş tutub

07-10-2024

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022

Elektron Təhlükəsizlik Xidməti şagirdləri kibertəhlükəsizlik sahəsində maarifləndirib

23-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə