«Nar Mobile» «Dostunu Gətir» aksiyasına start verdi

09-05-2009 / 13:03

Azərbaycanın üçüncü mobil rabitə operatoru «Azerfon» şirkəti «Dostunu Gətir» adlı yeni aksiya çərçivəsində «Nar Mobile» abunəçilərinə hər ay saatlarla pulsuz danışmaq imkanı təqdim edib.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, mayın 8-dən etibarən başlanan yeni aksiyanın iştirakçısı olub hər ay şəbəkə daxilində pulsuz 60 dəqiqə əldə etmək üçün bu günədək «Nar Mobile» şəbəkəsinin abunəçisi olan şəxslər öz dost və yaxınlarına bu şəbəkəyə qoşulmağı tövsiyə etməlidir.

Şəbəkəyə yeni qoşulan abunəçilərə isə «Nar Mobile» şəbəkəsini onlara tövsiyə etmiş abunəçinin «Nar nömrəsini» SMS vasitəsilə 737 nömrəsinə göndərmək lazımdır.

SMS göndərildikdən sonra həm yeni, həm tövsiyə edən abunəçi şəbəkədaxili 60 pulsuz dəqiqə əldə edir. «Dostunu Gətir» aksiyası çərçivəsində 2009-cu ilin sonunadək aksiya iştirakçılarının balansına hər ay şəbəkədaxili pulsuz 60 dəqiqə əlavə olunacaq. Tövsiyə edən abunəçinin «Nar nömrəsi»ni SMS-lə göndərən yeni «Nar Mobile» abunəçilərinin sayı artdıqca, onun aldığı bonusların da miqdarı artır.

Bu ilin sonunadək 60 dəqiqəlik bonus paketlərinin hər ay hər iki abunəçinin hesabına əlavə olunması yalnız yeni abunəçinin öz balansını ayda bir dəfə istənilən nominalda ödəniş kartı ilə artırdığı halda həyata keçirilir.

«Dostunu Gətir» aksiyasına iyunun 30-dək qoşulmaq mümkündür. Aksiya haqqında ətraflı məlumat almaq üçün www.NarMobile.az saytına müraciət etmək və 777/(99412) 444 0 777 Müştəri Xidmətlərinə zəng etmək kifayətdir.

Qeyd edək ki, «Azerfon» şirkəti kommersiya fəaliyyətinə 2007-ci ilin mart ayında başlayıb. «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hazırda şirkətin şəbəkəsindən 1,2 mln-dan çox abunəçi istifadə edir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.