“*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

12-03-2013 / 10:12
Azərbaycanda yaxın zamanda "*.az" domen zonasında onlayn qeydiyyat və nağdsız ödəniş sistemi istifadəyə veriləcək.
İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və "*.az" domeni administratoru Faiq Fərmanovun "ICTnews"-a verdiyi məlumata əsasən, hazırda bu sistemin infrastrukturunun yaradılması üzrə işlər başa çatıb. "Bu xidmətlərin təqdim olunması üçün lazım olan keyfiyyətli və dayanıqlı platformanın yaradılması vaxt tələb edir.
Biz 2011-ci ildən etibarən bu istiqamətdə iş aparırıq və bu iş təkcə platformu yaratmaqla bitmir.
Eyni zamanda, biz onlayn rejimdə domenlərin qeydiyyatı və onların ödənişi prosesinin, həmçinin DNS ünvanların dəyişdirilməsinin tam qarşılıqlı işini təmin etmək üçün öz sistemimizi domen qeydiyyatçısı olan şirkətlərin sistemləri ilə inteqrasiya etməliyik",- deyə F. Fərmanov bildirib.
F. Fərmanovun sözlərinə əsasən, martın sonuna qədər domenlərin onlayn qeydiyyatı və ödənişi sistemi artıq istifadəyə verilə bilər. "Yeni sistemin tətbiqi, potensial istifadəçilərə domen qeydiyyatçısının saytından, ətraflı izahatla, hətta təcrübəsiz istifadəçilərə elektron formanı doldurmağa imkan yaradacaq. Bununla yanaşı, biz şəxsi domeni idarə etmək üçün nəzarət paneli təqdim edəcəyik və paralel olaraq mövcud istifadəçilər öz domenlərini müstəqil şəkildə, tələb olunan parolu və loqini istifadə edərək yeni sistemə keçirəcəklərə".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə